KAZANDA “QIZIL MİNBƏR” BEYNƏLXALQ KİNOFESTİVALI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Qızıl minbər” dördüncü beynəlxalq müsəlman kinosu festivalında filmlərin qəbuluna başlanmışdır. Festival oktyabrın 16-dan 22-dək Kazanda keçiriləcəkdir. Təşkilat komitəsindən bildirmişlər ki, “Qızıl minbər” festivalından məqsəd müsəlman kinematoqrafçılarının nailiyyətlərini nümayiş etdirmək, habelə ümumbəşəri mənəvi-əxlaqi dəyərləri və islamın mədəni ənənələrini təbliğ etməkdir. Festival çərçivəsində “dəyirmi masa”lar və ustad dərsləri keçiriləcək, müxtəlif nominasiyaların qalibləri “Qızıl minbər” heykəlcikləri və pul mükafatları alacaqlar.
Birinci beynəlxalq müsəlman kinosu festivalı 2005-ci ildə Kazanda keçirilmiş, baş mükafat rejissor Oqtay Mirqasımovun “Cadugər” sosial-psixoloji dramına təqdim edilmişdi.
“Qızıl minbər” festivalının təsisçiləri Rusiya Müftilər Şurası, Tatarıstan Mədəniyyət Nazirliyi, Kazan meriyası, Rusiya İslam Mədəniyyəti Mərkəzi və “İslam dünyası” teleşirkətidir. Festivalın prezidenti Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdindir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]