KAZANDA “SÜLH VƏ BARIŞIQ NAMİNƏ” DEVİZİ İLƏ BEYNƏLXALQ MUSİQİ FESTİVALI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, avqustun 30-da Tatarıstanın paytaxtı Kazan şəhərində “Sülh və barışıq naminə” devizi ilə böyük musiqi festivalı keçiriləcəkdir.
Dünyanın müxtəlif guşələrindən musiqiçilərin iştirak edəcəyi festivalın əsas məqsədi ayrı-ayrı dinlərə mənsub xalqları bir-birinin mədəniyyəti ilə daha yaxından tanış etməkdir.
Festivala İsrail, Fələstin, Azərbaycan, Ermənistan, ABŞ, İran və digər ölkələrin musiqiçiləri də dəvət olunacaqlar. İştirakçılar sırasına gürcü və osetin musiqiçiləri də daxil edilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]