Kənd təsərrüfatı nazirinin müavini Zərdabda vətəndaşlarla görüşəcək
Bakı, 11 yanvar, AZƏRTAC
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova yanvarın 16-da, saat 10:00-da Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşların müraciətlərini dinləyəcək.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı vətəndaşların nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-640-10-90) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:04]
Xaçmazda mağazada yanğın olub VİDEO
- 08.10.2026 [19:03]
Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO
- 08.10.2026 [18:51]
Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]