KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ GÜBRƏ ALINMASI ÜÇÜN MÜSABİQƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Aqrolizinq” ASC 4 min tondan çox gübrənin alınması üçün müsabiqə keçirmişdir. Müsabiqədə beş iddiaçı - İnnuendo S.A., “Aqrokimya” MMC, F&G Chemistru LLC, Aqroinvest SL, “Torqovıy Dom Tatarıstan” şirkətləri iştirak etmişlər.
Prosedura uyğun olaraq, bağlı zərflər iddiaçıların, İqtisadi İnkişaf, Maliyyə nazirlikləri, Satınalmalar üzrə Dövlət Agentliyi nümayəndələrinin iştirakı ilə açılmışdır. Müsabiqə komissiyasının sədri Aydın Əzizov təkliflər haqqında məlumat vermişdir. O, ilkin nəticəni elan edərək bildirmişdir ki, təklifləri araşdıracaq işçi qurupu yaradılacaqdır. Qalib şirkət məlum olandan sonra onunla müqavilə imzalanacaqdır.
Xatırladaq ki, “Aqrolizinq” ASC 2005-2006-cı illərdə respublikaya 21 min 100 ton superfosfat, 50 min tondan çox azot gübrəsi gətirərək, kənd təsərrüfatı məhsulu istehsalçılarına paylamışdır. Bu il isə 10 milyon manatlıq mineral gübrə gətirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]