Kəskin virus hepatitindən müalicə alan uşaqlardan biri evə buraxılıb
Bakı, 18 noyabr, AZƏRTAC
Kəskin virus hepatiti diaqnozu ilə Mingəçevir şəhərindən Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına gətirilən 6 nəfərdən (4-ü oğlan, 2-si qız olmaqla) biri evə buraxılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a bildirilib ki, bir nəfərin vəziyyətində yaxşılaşma müşahidə olunur. Digərlərinin vəziyyəti stabil olaraq qalır. Hər birinin müayinə və müalicələri davam etdirilir.
Xəbər verdiyimiz kimi, 6 nəfər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub, zəruri tibbi xidmətlər göstərilib və Bakıya - Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub. Xəstələrin müalicəsi davam etdirilir.