Kirişi şəhərində “Dünyanın gənc ulduzları” turniri davam edir
Bakı, 17 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Rusiyanın Leninqrad vilayətinin Kirişi şəhərində Vanya Somovun xatirəsinə həsr olunmuş “Dünyanın gənc ulduzları” adlı şahmat üzrə sayca 9-cu turnir davam edir. Dairəvi sistem üzrə keçirilən turnirdə 1991-1997-ci illərdə anadan olmuş 12 şahmatçı mübarizə aparır.
Turnirdə doqquz turdan sonra hərəyə 6,5 xal toplamış iki şahmatçı liderdir. Sankt-Peterburq şahmatçısı Aleksey Qoqanovun 6 xalı vardır. Azərbaycanlı beynəlxalq usta Ülvi Bacarani liderlərdən bir xal geri qalan idmançılar sırasındadır. Azərbaycanın digər təmsilçisi Zaur Abbasov 4 xala malikdir.
Kirişi yarışlarının iyirmidən çox iştirakçısı beynəlxalq qrossmeyster adını daşıyır. “Dünyanın gənc ülduzları” turnirlərinin məzunları sayılan Rauf Məmmədov, Sergey Karyakin, Fabiano Faruana, Maksim Rotşteyn, David Hauell, Sergey Jiqalko və digər tanınmış şahmatçılar vaxtilə öz ölkələrinin şərəfini qorumuşlar.
Beynəlxalq usta balı normalı turnir mayın 18-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]