İDMAN
Kişi voleybolçular arasında Yüksək Liqada I turun növbəti oyunu keçirilib
![Kişi voleybolçular arasında Yüksək Liqada I turun növbəti oyunu keçirilib](/files/2024/3/1200x630/17334067645160918924_1200x630.jpg)
Bakı, 5 dekabr, AZƏRTAC
Kişi voleybolçular arasında Yüksək Liqada I turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan qarşılaşmada “Gənclər” və “Xilasedici” komandaları üz-üzə gəliblər. Oyun qonaqların 3:0 (12:25, 23:25, 11:25) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında ikinci turun görüşləri dekabrın 10-11-də keçiriləcək.