Klaypeda şəhərində ağac emalı zavodunda partlayış baş verib
Riqa, 5 may, AZƏRTAC
Litvanın Klaypeda şəhərində “Klaipėdos mediena” ağac emalı zavodunda partlayış baş verib.
AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, partlayış nəticəsində xəsarət alan bir neçə nəfər xəstəxanaya çatdırılıb, onlardan 5-i reanimasiya şöbəsinə yerləşdirilib. Ərazidə 6 yanğınsöndürmə briqadası işləyir.
Yanğın borularda meydana gələn partlayış səbəbindən geniş əraziyə yayılıb.
Litvanın Vahid yardım mərkəzinin nümayəndəsi Vilma Yuozyaviçyute partlayışın baş verdiyi binada bioloji təmizləyici cihazın yerləşdiyini söyləyib. O bildirib ki, taxta yonqarların olduğu bina da yanıb.
Klaypeda Yanğın təhlükəsizliyi və xilasetmə xidmətinin nümayəndəsi Aureliya Maslauskienin son məlumatlarına görə, binadan 24 nəfər təxliyə olunub, onlardan 8-i xəstəxanaya çatdırılıb, 2-nin vəziyyəti ağır olar qiymətləndirilir.
Qeyd edək ki, “Klaipėdos mediena” Litvanın ən böyük zavodlarından biridir. Müəssisədə 900-dən çox işçi çalışır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]