KÖKSAL TOPTAN: AZƏRBAYCANDA BÖYÜK DƏYİŞİKLİKLƏR BAŞ VERMİŞDİR, BÜTÜN BUNLAR BİZİ ÇOX SEVİNDİRİR
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Parlamentinin 90 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak etmək üçün Bakıya gələn Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan jurnalistlərin suallarını cavablandırarkən demişdir: Azərbaycanda böyük dəyişikliklər baş vermişdir və bütün bunlar bizi çox sevindirir.
Türkiyə Böyük Millət Məclisinin sədri demişdir ki, Dağlıq Qarabağla bağlı siyasətimiz olduqca açıqdır. Bu problem həll olunmadığı təqdirdə bizim ermənilərlə hər hansı bir iş birliyi qurmağımız mümkünsüzdür. Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini dəstəkləyir. Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalıdır.
######
