Kolumbiyada etirazlar: Bir gün ərzində 90-dan çox insan yaralanıb
Bakı, 5 may, AZƏRTAC
Kolumbiyanın paytaxtı Boqotada çərşənbə axşamı günü keçirilən etiraz aksiyalarının gedişində azı 91 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Boqota meriyasının katibi Luis Ernesto Qomes məlumat verib. “Səhər tezdən yaralılar xəstəxanalara daxil olmağa başlayıb. Etiraz aksiyalarının gedişində 72 mülki vətəndaş və 19 polis əməkdaşı zərər çəkib”, - Qomes tviter səhifəsində belə yazıb. Onun sözlərinə görə, 16 polis postu nümayişçilər tərəfindən hücuma məruz qalıb.
Kolumbiyada aprelin 28-dən başlayaraq vergi islahatlarına qarşı nümayişlər keçirilir. Boqota, Kali, Medelin və digər şəhərlərdə iğtişaşlar baş verib. Polislə toqquşmalarda azı 19 nəfər həlak olub, 840 nəfərdən çox insan zərər çəkib.
Hökumət sonradan islahat planında dəyişiklik etməyə razılaşıb, maliyyə naziri istefa verib, lakin etirazlar davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]