Komitə sədri: “Hənifə Məlikova-Zərdabi təqaüd proqramı”nı 265 nəfər qazanıb
Bakı, 14 oktyabr, AZƏRTAC
“Gənc qızların təhsilinə dəstək layihəsi” artıq dörd ildir keçirilir. Hər bir xalqın, millətin inkişafı üçün vacib olan amil təhsildir. Təhsilin dövlətin, cəmiyyətin inkişafında rolunu heç nə ilə müqayisə etmək olmaz. Bu gün əldə etdiklərimizi aldığımız təhsilə borcluyuq.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Gənc qızların təhsilinə dəstək" layihəsi çərçivəsində keçirilən tədbirdə çıxış edərkən deyib.
Qızların təhsilinin xüsusi əhəmiyyət kəsb etdiyini deyən komitə sədri əlavə edib: “Hər il ictimaiyyətə müraciət edirik ki, gənc qızların təhsilinə töhfə versinlər. Qeyd etməliyəm ki, ümumilikdə 265 nəfər "Hənifə Məlikova-Zərdabi təqaüd proqramı"nı qazanıb. Artıq bu layihə 58 rayonu əhatə edir. Qürurverici haldır ki, bu il proqram iştirakçılarından biri ən yüksək - 700 bal toplayaraq ADA Universitetinin Riyaziyyat fakültəsinə daxil olub. Getdikcə bu layihəyə dəstək vermək istəyənlərin sayı artır. 2025-ci ildə artıq bizim ilk məzunlarımız olacaq”, - deyə B.Muradova qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]