Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
İstanbul, 28 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətimiz paytaxt Ankara şəhərindəki Heydər Əliyev Parkına gələrək, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Azərbaycan nümayəndə heyəti tərəfindən Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib, abidəsi önünə tər güllər qoyulub.