Azərbaycan Dövlət İnformasiya Agentliyi

Konvergensiya edən texnologiyalar və gələcəyin konturları elmi elitanın diqqət mərkəzindədir

Bakı, 5 oktyabr (AZƏRTAC). İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində növbəti “dəyirmi masa”nın mövzusu “Konvergensiya edən texnologiyalar və gələcəyin konturları” məsələsinə həsr olunmuşdur.

“Dəyirmi masa”nın əvvəlində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov qeyd etmişdir ki, Bakıda doğulmuş, keçən əsrin 90-cı illərindən elmi fəaliyyətini ABŞ-da davam etdirmiş alim Qriqori Belenki Azərbaycan elminin inkişafında və elmi əlaqələrin genişləndirilməsində xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilmişdir.

Mahmud Kərimov “Dostluq” ordenini Q.Belenkiyə təqdim etmişdir. Alim onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirmişdir.

“Dəyirmi masa”da diskussiyaların əsas mövzusu texnoloji çağırışlar, transformasiya problemləri, risklər, davamlı inkişaf, qloballaşan dünyada elmin rolu məsələləri olmuşdur. Alimlər hesab edirlər ki, inteqrasiya texnologiyaları gələcəkdə insanları onların həyat fəaliyyəti üçün zəruri funksiyalarla daha çox təmin edəcəkdir. Başqa sözlə desək, yüksək texnoloji maşınlar istər sənayedə, istərsə də gündəlik həyatın müxtəlif sahələrində insanı əvəz edə biləcəkdir. Bununla əlaqədar alimlər soruşurlar: Əgər avtomatlaşdırılmış robotlar getdikcə daha çox sahələrdə insanı əvəz edərsə, onda insanlar nə ilə məşğul olacaqlar?

“Texnoloji çağırışlar və transformasiya problemləri: risklər və davamlı inkişaf” mövzusunda birinci bölmə iclasında fizika üzrə Nobel mükafatı laureatı Corc Fitscerald Smut texnologiyaların konvergensiyasının gələcək nəticələri barədə söhbət açmışdır. Onun fikrincə, texnologiyaların konvergensiyasının necə baş verəcəyini və bu prosesin insanlar üçün hansı nəticələr doğuracağını anlamaq lazımdır. Alim hesab edir ki, texnologiyaların inkişafı daimi prosesdir. İnteqrasiya texnologiyaları bəşəriyyəti bütün zəruri imkanlarla təmin edəcəkdir.

C.Smutun proqnozlarına görə, əgər elmi dəyişikliklər indiki sürətlə davam edərsə, 20 ildən sonra avtomatlaşdırılmış robotlar insan həyatının bütün sahələrini əhatə edə bilər. Nobel mükafatı laureatının fikrincə, bu cür texnologiyalar insan əməyindən daha ucuz başa gələcək, bu isə onunla nəticələnə bilər ki, insanlar nə ilə məşğul olmağı bilməyəcəklər. Alim deyir: “Mənə belə gəlir ki, bu proses labüddür, çünki texnologiyalar çox sürətlə inkişaf edir. Buna nümunə kimi belə bir faktı göstərmək olar ki, hazırda “Google” axtarış sistemi “Chevron”dan bahadır”.

Bölmə iclasında ingilis dilinin elmdə yeganə dil olması mövzusunda da diskussiya aparılmışdır. Böyük Britaniyadan olan alim Sidxart Saksena bu fikirlə razı olmadığını bildirmişdir. Onun fikrincə, ingilis dili elm üçün münasib olsa da, elmin yeganə dili deyildir. Alim deyir: “Elmlərin konvergensiyası təkcə bir dilin köməyi ilə baş verməməlidir. Dillərin və ideyaların müxtəlifliyi lazımdır”. Azərbaycan alimi Akif Hacıyev isə belə hesab edir ki, hər kəs öz dilində fikirləşə, ideyalar irəli sürə bilər, lakin ünsiyyət dili bir olmalıdır.

Almaniyalı alim Luts Mez bəşəriyyət üçün bundan heç də az əhəmiyyətli olmayan bir problemə - zərərli qazların atmosferə atılması məsələsinə toxunmuşdur. Tədqiqatçı qeyd etmişdir ki, son bir neçə ildə zərərli tullantıların həcmi 40 faiz artmışdır. “Əgər biz bundan sonra da əsas enerji mənbəyi kimi neftdən və qazdan istifadə etsək, 2050-ci ilə qədər bu göstərici daha da artacaqdır”, - deyən alimin fikrincə, bu sahədə vəziyyəti yaxın vaxtlarda dəyişmək lazımdır. Alim xəbərdarlıq edir: “Əgər biz zərərli maddələrin tullantılarını azaltmasaq, planeti itirəcəyik”.

Əslən Azərbaycandan olan, hazırda ABŞ-da yaşayan tədqiqatçı Yalçın Əfəndiyev müxtəlif hadisələrin proqnozlaşdırılmasında konvergensiya texnologiyaları barədə söhbət açmışdır. Y.Əfəndiyev qeyd etmişdir ki, bu istiqamətdə aparılan araşdırmaların hədəfi maşınlarla insanların imkanlarını birləşdirməkdir.

Müzakirələrdə qeyd edilmişdir ki, Azərbaycanda neft-kimya texnologiyalarını yaşıl texnologiyalara çevirmək, yeni, daha az zərərli materiallar yaratmaq üçün böyük potensial vardır.

“Dəyərlər və elm: texnologiyaların konvergensiyası” mövzusunda ikinci bölmə iclasında alimlər texnoloji sahibkarlıq, iqtisadiyyatın və cəmiyyətin inkişafında elmin rolu məsələlərini müzakirə etmişlər. İsrailli alim Den Şextmanın fikrincə, hər bir ölkə gənclərin təhsil səviyyəsinə, onların elmi potensialına xüsusi diqqət yetirməlidir. Alim belə hesab edir ki, hər bir ölkədə iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafı üçün cəmiyyəti elmi kadrlarla təchiz edə biləcək aparıcı elm-təhsil mərkəzləri olmalıdır. D.Şextman qeyd etmişdir ki, hazırda elmi mərkəzlərlə müqayisədə kommersiya təşkilatlarında elm daha çox inkişaf etmişdir, çünki belə qurumlar elm üçün daha çox maliyyə vəsaiti ayırır.

Bölmə iclasında mərakeşli alim Vail Benceloun, böyük britaniyalı tədqiqatçı Krissi Harrinqton, Koreya Respublikasında Hikiyunq Park, rumıniyalı alim Eden Mamut çıxış etmişlər.

“Gələcəyin konturları: elmlərin konvergensiyası, idarəetmə və inkişaf” mövzusunda bölmə iclasında da alimlər bir-birindən maraqlı diskussiyalar aparmışlar. Nobel mükafatı laureatı Rudolf Artur Markus çıxış edərək müzakirə olunan mövzuların müxtəlifliyini vurğulamışdır. Alimin sözlərinə görə, “dəyirmi masa” mövzuları cəmiyyətin həyatının bütün sahələrinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Çıxış edənlər bu Forumun təşkil edilməsinə, dünyanın müxtəlif ölkələrindən olan alimlərlə fikir mübadiləsi aparmaq imkanı yaradılmasına görə minnətdarlıqlarını bildirmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim