Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Men Baka
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Dövlətin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq münasibətləri, daim genişlənən əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Hörmətli cənab Prezident, bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Koreya Respublikasının dost xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 sentyabr 2012-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]