KOREYA ŞİRKƏTİ “KARABAX-TELEKOM”LA ƏMƏKDAŞLIQ EDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu məsələ ilə bağlı Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzmbəyov Koreya şirkətinin baş direktoru Xan Enq Sanqu ilə görüşmüş, ona Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat vermişdir. Lakin danişıqlar nəticəsiz başa çatmışdır.
A.Əzmbəyov Koreya Respublikasının Özbəkistandakı səfiri Kim San Xvan və Özbəkistan xarici işlər nazirinin müavini İlham Nemətovla da görüşmük, onlara Azərbaycanın mövqeyini əks etdirən rəsmi məktub təqdim etmişdir.
Xarici işlər nazirliyinə verilən məktubda deyilir: - Azərbaycan Respublikası “DAEVVOO-UNİTEL” və “Karabax-Telekom” şirkətləri arasında əməkdaşlığı Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir və Özbəkistan Respublikasından xahiş edir ki, “DAEVVOO-UNİTEL”in “Karabax-Telekom”la qanunsuz əməkdaşlıq fəaliyyətinə son qoyulması üçün tədbirlər görsün.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 1 oktyabr
- 01.10.2026 [11:13]