K.RAYS: RUSİYA QOŞUNLARI GÜRCÜSTANDA QALDIQCA, MOSKVANIN BEYNƏLXALQ NÜFUZU ZƏİFLƏYƏCƏK
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Kondoliza Rays Si-Bi-Es teleşirkətinə müsahibəsində bildirmişdir.
K.Rays demişdir ki, tamamilə aydındır ki, Rusiya Fransa Prezidenti Nikola Sarkoziyə vəd etsə də, qoşunlarını Gürcüstandan tam çıxarmır. Rusiya qoşunlarının şəhərlərə daxil olması, limanları tutması, insanların gediş-gəlişinə mane olması, onlardan viza tələb etməsi barədə məlumatlar var.
ABŞ dövlət katibi NATO tərəfindən hansı addımlar atıla biləcəyi barədə suala cavabında alyansın baş katibi Yaap de Hoop Sxefferin sözlərinə istinadla vurğulamışdır ki, nə qədər ki, Rusiya qoşunları qonşu dövlətin ərazisindədir, Rusiya-NATO Şurasının görüşündən danışmaq çətindir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]