Kristian Fillet: Azərbaycanda sosial sahəyə ayrılan vəsaitin mütəmadi artırılması təqdirəlayiqdir
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycanda dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitin mütəmadi şəkildə artırılması təqdirəlayiqdir. Bu, əhaliyə daha yaxşı sosial xidmətlərin göstərilməsinə imkan yaradır. Texnologiya və innovasiyalar isə sosial xidmətlərin daha keyfiyyətli və əlçatan olmasına kömək edir.
AZƏRTAC xəbər verir ki, bunu Avropa Sosial Şəbəkəsinin sədri Kristian Fillet “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O, Avropanın şərqində və qərbində sosial və səhiyyə sahəsində təhsil almış kadrların ən əsas çağırışlardan biri olduğunu, fiziki məhdudiyyətli, əlil, aztəminatlı ailə və yoxsullara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsindən danışıb.
K.Fillet bir sıra Avropa ölkələrinin təcrübəsindən nümunə gətirərək səhiyyə və sosial xidmətin birləşdirilməsindən, sosial xidmətin evə, məktəbə, xəstəxanalara çatdırılmasından bəhs edib: "Sosial xidmətin həlli yollarının tapılması barədə ciddi işlər görülməlidir. Dünyanın digər yerlərində də səhiyyə və sosial xidmətlər birləşdirilməlidir".