Kutay Durna: “SOCAR Karbamid” zavodu daxili gübrə tələbatını 100 faiz qarşılayır
Bakı, 21 yanvar, AZƏRTAC
Bu gün “SOCAR Karbamid” zavodu daxili gübrə tələbatını 100 faiz qarşılayır və Azərbaycan gübrə sahəsində mühüm ixracatçıya çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri “SOCAR Karbamid” zavodunun direktoru Kutay Durna zavodun Dünya İqtisadi Forumunun “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul olunması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, “SOCAR Karbamid” daxili tələbatı 100 faiz qarşılayır ki, bu da ümumi istehsalın 12 faizini təşkil edir.
“Zavod 2024-cü ildə Ukrayna, Rumıniya, Bolqarıstan, Türkiyə və Kanadaya məhsul ixracı edib. Logistik çətinliklər olmasa məhsulumuzu, hətta ABŞ-a da göndərə bilərik. Çünki bizim zavod keyfiyyətli məhsul istehsal edir. Zavodun istehsal gücü ildə 650 min ton təşkil edir. Müştərilərin 95 faizindən çoxu kənd təsərrüfatı sektorunda işləyənlərdir”,- deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:59]
Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir
- 23.09.2026 [11:29]
® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”
- 23.09.2026 [11:27]
Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb
- 23.09.2026 [11:20]
AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib
- 23.09.2026 [11:16]