Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahdan
Zati-aliləri,
Dost ölkənizin milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi Sizə bildirməkdən sevinc hissi duyuram. Bu fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında davamlı əlaqələrin inkişafını, Zati-alinizə möhkəm cansağlığı və səadət, ölkənizə və xalqınıza tərəqqi və çiçəklənmə arzuladığımızı bildiririk.
Möhtərəm Prezident, səmimi salamlarımı və xoş arzularımı qəbul edin.
Hörmətlə,
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah
Küveyt Dövlətinin Əmiri