KXDR iki Koreyanı birləşdirən yolları dağıdıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) iki Koreyanı birləşdirən yolların öz ərazisindən keçən hissəsini - hərbi demarkasiya xəttinin şimalındakı Kenqi və Donhe yollarını partladıb.
AZƏRTAC xəbər verir ki, “Yonhap” agentliyi bu barədə Cənubi Koreyanın birləşmiş qərargah rəisləri komitəsinə istinadla məlumat yayıb.
“Koreya yarımadasındakı gərginlik dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə qorumaq üçün qətiyyətli və güclü tədbirlər görməyimizi tələb edir. Hazırda əsas düşmənimiz Koreya Respublikası ilə cənub sərhədinin bağlanması və blokadaya alınması müharibənin qarşısını almaq üçün özünümüdafiə tədbiridir”, - deyə Şimali Koreya ordusunun baş qərargahı tərəfindən dərc edilən bəyanatda bildirilir.
Qeyd edək ki, ötən həftə Pxenyan oktyabrın 9-dan başlayaraq Cənubi Koreyaya gedən bütün avtomobil və dəmir yollarını bağlayacağı barədə xəbərdarlıq etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]