“Lada”nın istehsalı 40% azalacaq
Bakı, 24 noyabr, AZƏRTAC
“AvtoVAZ”ın Tolyattidəki əsas məkanında “Lada” avtomobilləri istehsalının 2025-ci ilin sonuna qədər 40% azalaraq 274 min ədədə düşəcəyi gözlənilir.
AZƏRTAC “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhər dairə şurasının dərc etdiyi materiallarda bildirilir.
”İstehsal planının azalmasını nəzərə alaraq, 2025-ci ildə Tolyatti şəhər dairəsində minik avtomobillərinin buraxılışı 274 min ədəd (2024-cü ildə 456300 ədəd istehsal olunub) olaraq qiymətləndirilir”, - deyə məlumatda bildirilir.
Proqnoza görə, mühafizəkar ssenariyə əsasən, 2026-cı ildə şəhər dairəsində avtomobil istehsalı da ildən-ilə təxminən 3,3% (9 min ədəd) azalaraq 265 min avtomobilə qədər düşəcək.
Rusiya avtomobil bazarında tələbatın azalması fonunda “AvtoVAZ” sentyabrın sonundan natamam dördgünlük iş həftəsinə keçib. Dördgünlük iş həftəsinin 2026-cı ilin mart ayının sonuna qədər davam edə biləcəyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [14:23]
İƏİT: Qlobal iqtisadiyyat son 40 ilin ən dərin tənəzzülü ilə üzləşir
- 03.06.2026 [13:41]
Fransa Ay və Mars missiyyası üçün 250 milyon avro sərmayə ayırır
- 03.06.2026 [13:16]
Dünya Bankı TC-GATE layihəsi üçün 372 milyon dollar ayırıb
- 03.06.2026 [12:58]
Bolqarıstanda beynəlxalq müdafiə sərgisi işə başlayır
- 03.06.2026 [12:53]
İsveç alimləri tarixi kodları deşifrə etmək üçün AI modeli hazırlayıblar
- 03.06.2026 [12:52]
Avstraliya Polşada Ukrayna qoşunlarına təlim keçəcək
- 03.06.2026 [12:49]
NATO-nun Baş katibi Ukraynada səfərdədir
- 03.06.2026 [12:49]