RİNN: İnfrastruktur, rəqəmsallaşma və süni intellektə investisiya yatırılmalıdır
Bakı, 3 iyun, AZƏRTAC
Biz infrastruktur, rəqəmsallaşma və süni intellektə investisiya yatırmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat (RİNN) siyasəti şöbəsinin beynəlxalq nəqliyyat əməliyyatları sektorunun müdiri Aytən Turabova 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda deyib.
O bildirib ki, bu üç sahəyə olan investisiya gələcəyin iqtisadiyyatını formalaşdıran əsas istiqamətlər hesab olunur.
“İqtisadi inkişafa bu yatırımlar olmadan nail ola bilmərik. Süni intellekt və innovativ texnologiyalara qoyulan sərmayələr ölkələrin uzunmüddətli iqtisadi dayanıqlığının və davamlı inkişafının əsas amillərindən biridir. İnfrastrukturun gücləndirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqi ölkələrin qlobal rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır”, - deyə Aytən Turabova vurğulayıb.