Estoniya və Latviyada hava hücumu xəbərdarlığı elan edilib
Bakı, 3 iyun, AZƏRTAC
Estoniya və Latviyada hava hücumu xəbərdarlığı elan edilib. Buna həmin ölkələrin hava məkanında pilotsuz uçuş aparatlarının aşkarlanması səbəb olub.
AZƏRTAC xəbər verir ki, Estoniyanın İctimai Yayım Korporasiyasının məlumatına görə, ölkənin şərq və cənub bölgələrində yaşayan sakinlərə ehtiyatlı olmaları tapşırılıb. Buna baxmayaraq, Tallin hava limanı fəaliyyətini normal qaydada davam etdirir və uçuşlar cədvələ uyğun həyata keçirilir.
Latviyanın Silahlı Qüvvələri Aluksne rayonunda mümkün hava təhdidi ilə əlaqədar xəbərdarlıq yayıb. Yerli medianın məlumatına görə, NATO-nun Baltik dənizindəki missiyasına aid qırıcı təyyarələr havaya qaldırılıb.
Hazırda həm Estoniyada, həm də Latviyada elan olunmuş hava hücumu xəbərdarlıqları ləğv edilib. Hadisə ilə bağlı araşdırmalar başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]