Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar
Bakı, 3 iyun, AZƏRTAC
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 6 Nigeriya vətəndaşı – 1980-ci il təvəllüdlü İguare Oliver Osagie, 1986-cı il təvəllüdlü Ogungbure Adesoji Austin, 1992-ci il təvəllüdlü Akinniyi Olamilekan Sunday, 1994-cü il təvəllüdlü Adele Moshood Adekunle, 1997-ci il təvəllüdlü King Tamarasinla Gloria və 1998-ci il təvəllüdlü Ajala Oluvafemi Moses həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [13:24]
“Tibbi Rəqəmsal Əkiz Sistemi” təqdim edilib – YENİLƏNİB
- 03.06.2026 [13:17]
Məişət zorakılığı qurbanlarına hüquqi məlumatlar verilib
- 03.06.2026 [13:15]
Salyanda 5 kiloqram narkotik vasitə aşkarlanıb
- 03.06.2026 [13:13]
Vüqar Rəhimzadə: İnsanların öz ata-baba torpaqlarına qayıdışı çox şərəflidir
- 03.06.2026 [13:04]