Abbas Abbasov: Dalitlərlə birgə həyata keçirəcəyimiz layihələri ictimaiyyətə təqdim etməyi planlaşdırırıq
Bakı, 3 iyun, AZƏRTAC
Biz 2025-ci ildə siqh icmasının nümayəndələri ilə əməkdaşlığa başladıq. 2026-cı ildən etibarən isə dalit icmasının nümayəndələri ilə ilkin təmaslar qurulub və danışıqlar aparılıb. Yaxın aylarda dalitlərlə birgə həyata keçirəcəyimiz layihələri ictimaiyyətə təqdim etməyi planlaşdırırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov söyləyib.
O bildirib ki, dalitlər uzun illərdir diskriminasiya və repressiyalara məruz qalan böyük bir sosial qrupdur. Onların sayı yüz milyonlarla ölçülsə də, bu gün də müxtəlif ayrı-seçkilik formaları ilə üzləşirlər. Bakı Təşəbbüs Qrupu etnik, dini və sosial baxımdan həssas qrupların hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlığını genişləndirmək niyyətindədir.