Naxçıvanda baş verən qəzada 3 nəfər xəsarət alıb
Naxçıvan, 3 iyun, AZƏRTAC
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonunun Şıxmahmud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 67-BN-532 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 75-AC-024 dövlət nömrə nişanlı 8 nömrəli sərnişin avtobusunun toqquşması nəticəsində Abbasov Abbas Rəsul oğlu, Vəliyev Bəylər Eldəniz oğlu və Hənifəyeva Yaqut Elsevər qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Müxbir- Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [13:15]
Salyanda 5 kiloqram narkotik vasitə aşkarlanıb
- 03.06.2026 [13:10]
Astaranın çətin iqlimində bol çiyələk əldə edilib - uğurlu təcrübə
- 03.06.2026 [12:46]
ADSEA: Hazırda Xocavənd rayonu üzrə 367 abonentə xidmət göstərilir
- 03.06.2026 [12:38]
Xocalının su təchizatı yenidən qurulur: hansı kəndlərdə işlər başa çatıb?
- 03.06.2026 [12:23]