Sabahın hava proqnozu açıqlanıb
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycanda iyunun 4-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, səhər cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 12-16, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət isə gecə 65-75, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 14-18, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20, bəzi yerlərdə 24-26 dərəcə isti olacağı ehtimal edilir.