Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir TƏHLİL

Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir TƏHLİL

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan dövləti Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsini hər zaman öz siyasətinin prioritet istiqamətlərindən biri hesab edib. Ötən illər ərzində bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ölkə rəhbərliyinin tapşırığı ilə yeni qəsəbələr və çoxmərtəbəli yaşayış binaları salınıb. Bununla yanaşı, məcburi köçkünlərin məşğulluğunun artırılması, təhsil və səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi üçün ardıcıl dövlət proqramları icra olunub. Dövlət tərəfindən müvafiq müavinətlərin və kommunal xidmət güzəştlərinin verilməsi bu vətəndaşların maddi rifahına mühüm dəstək olub.

Humanitar böhran və dövlətin strateji prioritetləri

Məcburi köçkünlərin üzləşdiyi sosial, iqtisadi və digər humanitar problemlərin sistemli şəkildə həlli istiqamətində dövlət tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilib və möhkəm qanunvericilik bazası formalaşdırılıb. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2004-2019-cu illərdə 75 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti tərəfindən 224 qərar və sərəncam verilib, Milli Məclis tərəfindən 11 Qanun qəbul edilib. Bu hüquqi bazanın mərkəzində dayanan əsas strateji sənədlərdən biri də Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” olub. Bu proqram sonrakı illərdə icra olunacaq genişmiqyaslı layihələrin yol xəritəsini müəyyən edib.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin ən böyük maliyyə tutumlu istiqaməti olub. Belə ki, 1990-cı illərin ağır mirası olan çadır düşərgələrinin və digər yararsız sığınacaqların mərhələli şəkildə ləğvi humanitar fəaliyyətin əsas hədəfinə çevrilmişdi. 2007-ci ildə ölkə ərazisində mövcud olan 12 çadır düşərgəsi və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət yaşayış məntəqələri tamamilə ləğv edildi. Müvəqqəti xarakter daşıyan 16 fin tipli qəsəbədən sonuncusu isə 2016-cı ildə bütövlüklə aradan qaldırıldı.

Məcburi köçkünlərin mənzil təminatının köklü həlli məqsədilə ölkə rəhbərliyinin tapşırığı ilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət müasir yaşayış kompleksi tikilərək istifadəyə verildi. Görülən bu genişmiqyaslı tikinti-infrastruktur işləri nəticəsində 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox vətəndaşın mənzil-məişət şəraiti tamamilə yeniləndi və müasirləşdirildi.

Dövlət dəstəyi tədbirləri təkcə mənzil təminatı ilə məhdudlaşmadı, vətəndaşların gündəlik ehtiyaclarının qarşılanması üçün vahid aylıq müavinət də daxil olmaqla, çoxşaxəli sosial yardım alətləri tətbiq edildi. Xüsusilə insan kapitalının qorunması, məcburi köçkün ailələrindən olan gənclərin təhsil imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanıldı. Bu sahədə tətbiq edilən güzəştlər gənclərin ali təhsildən kənarda qalmasının qarşısını aldı. Buna ən bariz nümunə kimi, 2025-2026-cı tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla yeni qəbul olunmuş 3923 məcburi köçkün statuslu tələbənin təhsil xərclərinin tamamilə dövlət büdcəsi hesabına qarşılanmasını göstərmək olar.

Postmünaqişə reallıqları və Böyük Qayıdış proqramı

Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra isə bu dövlət qayğısı, sadəcə, forma dəyişməyib, həm də mahiyyətcə daha böyük və keyfiyyətcə tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Hazırda dövlətin ən mühüm strateji prioritetlərindən biri olan Böyük Qayıdış dövlət proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə dünyanın ən müasir şəhərsalma standartlarına cavab verən, yaşıl enerji zonası elan edilmiş “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyaları sürətlə reallığa çevrilir. Bu, Böyük Qayıdışın ən mühüm və qürurverici tərəfi isə illərdir çiyinlərdə daşınan o ağır yükün – "məcburi köçkün" ifadəsinin artıq tarixə qovuşmasıdır. Çünki 30 il boyunca düşmən tapdağı altında inildəyən yurd yerlərimiz artıq azad nəfəs alır, viran qoyulmuş müqəddəs torpaqlarımız milli memarlıq üslubunda yenidən dirçəlir. Uzunmüddətli yurd həsrətinə son qoyaraq öz ata-baba ocaqlarına ləyaqətlə və təhlükəsiz şəraitdə qayıdan bu ailələrin hər biri üçün dövlətin bütün inzibati, texniki və maliyyə resursları maksimum səviyyədə səfərbər edilib.

Doğma yurduna ayaq basan hər bir vətəndaşın təkcə mənzil təminatı diqqətdə saxlanılmır, həm də yeni iş yerləri, geniş istehsalat və kənd təsərrüfatı potensialı yaradılır. Məhz bu tarixi Qələbə və torpaqlara qayıdış reallığı onu şərtləndirir ki, keçmiş məcburi köçkün statusu və indiyədək müvəqqəti xarakter daşımış xüsusi sosial dəstək mexanizmləri yeni dövrün tələblərinə, vətəndaşın mülkiyyətçi kimi güclənməsi fəlsəfəsinə uyğun olaraq müvafiq qanunvericilik çərçivəsində yenidən, daha mükəmməl formada tənzimlənsin.

Beləliklə, Azərbaycan dövləti öz vətəndaşını həm çətin sınaq dövründə tək qoymadı, həm də bu gün onların öz doğma yurdlarında firavan yaşayışını ən yüksək səviyyədə təmin etməkdədir. Dədə-baba yurdlarına qayıdan vətəndaşlar dövlət tərəfindən ən müasir standartlara cavab verən hazır yaşayış sahələri (mənzillər və fərdi evlər) ilə təmin olunurlar. Paralel olaraq, onların rahat, təhlükəsiz yaşayışı üçün zəruri olan bütün infrastruktur – yollar, elektrik, su, qaz xətləri, müasir xəstəxanalar, məktəblər və bağçalar sıfırdan yaradılır. İnfrastruktur layihələri ilə yanaşı, insanların yeni iqtisadi mühitə adaptasiyasını təmin etmək üçün məşğulluq proqramları və sosial xidmətlər də əlaqəli şəkildə həyata keçirilir. Ən əsası, vətəndaşların yeni yaşayış şəraitinə tam və rəvan uyğunlaşmasına dəstək göstərmək məqsədilə sosial müdafiə tədbirləri keçid dövründə də kəsilmədən, ardıcıl olaraq davam etdirilir.

Yeni hüquqi tənzimləmələr və keçid dövrünün idarə edilməsi

Azərbaycan dövlətinin sosial siyasət prioritetlərinə və mövcud qanunvericilik çərçivəsinə uyğun olaraq, işğal dövrünün başa çatması ilə əlaqədar məcburi köçkün statusu və ona tətbiq olunan xüsusi sosial mexanizmlər yenidən tənzimlənir. Yeni hüquqi qaydalara əsasən, işğaldan azad edilmiş ərazilərə köçürülən, habelə təklif olunan köçürülmədən imtina edən şəxslərin məcburi köçkün statusu həmin andan etibarən dəyişir və itirilmiş hesab olunur. Sosial müdafiə tədbirləri köçürülən şəxslər və köçürülmə təklifini qəbul etməyən şəxslər üçün statusun itirildiyi tarixdən sonra 3 il müddətində davam edir. Qanun qüvvəyə minənədək köçürülmüş şəxslər üçün bu 3 illik müddət köçürüldükləri tarixdən hesablanır. Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərdə ev və ya mənzillə təmin edilir və həmin yaşayış sahəsi dərhal onların mülkiyyətinə verilir. Təhsil alan şəxslər üçün təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi təhsil müddətinin sonunadək davam etdirilir. Dövlətin sosial müdafiə sistemi tək bir statusa bağlı deyil, çoxsəviyyəli mexanizmlərdən ibarətdir. Buraya ünvanlı sosial yardım, məşğulluq proqramları, mənzil təminatı, təhsil və səhiyyə dəstəyi, reabilitasiya və sosial inteqrasiya proqramları da daxildir.

Dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən sosial dəstək siyasəti davam etdirilir. Ünvanlı sosial yardım, məşğulluq proqramları, təhsil və digər məcburi köçkün statusuna bağlı olmayan sosial müdafiə mexanizmləri qüvvədə qalır.

Bu islahatlarla dövlətin sosial siyasətində müvəqqəti rejimdən dayanıqlı inteqrasiya modelinə keçid reallaşır. Dövlətin sosial müdafiə sistemi tək bir statusla məhdudlaşmır və çoxsəviyyəli mexanizmlərə əsaslanır. Bu səbəbdən, Böyük Qayıdış çərçivəsində vətəndaşların rifahı və sosial təminatı yenə də prioritet istiqamət olaraq qalır - statusun itirilməsindən asılı olmayaraq dövlətin məşğulluq proqramları, ünvanlı sosial yardım, mənzil təminatı, təhsil, səhiyyə dəstəyi, reabilitasiya və sosial-iqtisadi inteqrasiya mexanizmləri vasitəsilə ailələrə göstərilən genişmiqyaslı dəstək tədbirləri davamlı şəkildə qüvvədə saxlanılır.

Humanitar idarəçilikdən dayanıqlı inkişafa doğru

Məcburi köçkünlərlə bağlı həyata keçirilən bu hüquqi və sosial islahatlar Azərbaycanın postmünaqişə dövründə qarşıya qoyduğu strateji hədəflərin tərkib hissəsidir. Dövlətin sosial dəstək mexanizmlərinin yeni mərhələnin çağırışlarına uyğunlaşdırılması humanitar böhran idarəçiliyindən dayanıqlı və müasir inkişaf modelinə keçidin ən bariz göstəricisidir. Uzun illər ərzində məcburi köçkünlərin müdafiəsinə yönəlmiş xüsusi mexanizmlər öz tarixi missiyasını yerinə yetirərək, bu gün yeni reallıqlara uyğun şəkildə yenidən formalaşdırılır. Artıq əsas məqsəd vətəndaşların müvəqqəti məskunlaşma şəraitində deyil, öz doğma torpaqlarında dayanıqlı və firavan həyat qurmalarını təmin etməkdir. İşğaldan azad edilmiş ərazilərdə yaradılan müasir yaşayış məntəqələri, geniş sosial infrastruktur və məşğulluq imkanları bu məqsədin uğurla həyata keçirildiyini göstərir. Eyni zamanda, keçid dövründə sosial müdafiə tədbirlərinin davam etdirilməsi dövlətin vətəndaş amilinə verdiyi yüksək dəyərin təzahürüdür. Bu yeni strateji mərhələdə doğma yurdlarına köçən vətəndaşların müasir standartlara cavab verən daimi yaşayış sahələri ilə tam təmin olunması dövlət siyasətinin mərkəzində dayanır. Beləliklə, Böyük Qayıdış yalnız insanların doğma yurdlarına qayıdışı deyil, həm də onların sosial rifahının, təhlükəsizliyinin və inkişaf perspektivlərinin təmin olunması deməkdir. Bu proses Azərbaycanın sosial dövlət modelinin gücünü və vətəndaşına göstərdiyi ardıcıl qayğını bir daha nümayiş etdirir.

Redaksiya məqaləsi

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək