Dövlət Komitəsinin sədr müavini: Böyük Qayıdış 5 milli prioritetdən biridir
Bakı, 3 iyun, AZƏRTAC
Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən qazanılan tarixi Zəfər, ölkəmizin ərazi bütövlüyünü və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hüdudlar çərçivəsində dövlət suverenliyimizi bərqərar etməklə yanaşı, eyni zamanda, yüz minlərlə soydaşımızın öz doğma torpaqlarına qayıdışı üçün münbit şərait yaradıb.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
O bildirib ki, dünya praktikasında öz unikallığı ilə səciyyələnən Böyük Qayıdış istər miqyasına, istərsə də işğal dövründə məruz qalmış dağıntıların həcminə görə, 2030-cu ilədək ölkəmizdə sosial-iqtisadi inkişafa dair 5 milli prioritetdən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [13:24]
“Tibbi Rəqəmsal Əkiz Sistemi” təqdim edilib – YENİLƏNİB VİDEO
- 03.06.2026 [13:17]
Məişət zorakılığı qurbanlarına hüquqi məlumatlar verilib
- 03.06.2026 [13:15]
Salyanda 5 kiloqram narkotik vasitə aşkarlanıb
- 03.06.2026 [13:13]
Vüqar Rəhimzadə: İnsanların öz ata-baba torpaqlarına qayıdışı çox şərəflidir
- 03.06.2026 [13:04]