RƏSMİ XRONİKA
Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasonedən
Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Laos xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaq istərdim.
Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi, eləcə də regional və qlobal sülh və əməkdaşlıq naminə bundan sonra da inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.
Çoummali Sayasone
Laos Xalq Demokratik Respublikasının Prezidenti