Latviya 2025-ci ilə qədər əmək qabiliyyətli əhalinin üçdəbirini itirə bilər
Riqa, 28 iyun, AZƏRTAC
Latviya 2025-ci ilə qədər əmək qabiliyyətli əhalinin üçdəbirini itirə bilər.
AZƏRTAC Beynəlxalq Valyuta Fondunun (İMF) hesablamalarına istinadla xəbər verir ki, hazırda demoqrafiya Latviyanın ən böyük problemlərindən biridir. Əgər bunun qarşısı alınmazsa, ölkə növbəti 30 il ərzində əsas işçi qüvvəsini itirəcək. Bu isə təxminən 400 min nəfər deməkdir.
Fondun nümayəndələrinin Latviyaya səfəri zamanı aparılan hesablamalarda məlum olub ki, hər il əhalinin sayı 1 faiz azalır. Buna əsas səbəb isə gənc və orta yaşlıların iş ilə bağlı daha inkişaf etmiş ölkələrə emiqrasiyasıdır. Bu, əmək qabiliyyətli əhalinin sayına və məhsuldarlığına ciddi təsir edir .
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]