Azərbaycan Dövlət İnformasiya Agentliyi

LATVİYA PREZİDENTİ VAYRA VİKE-FREYBERQANIN BƏYANATI

- Cənab Prezident!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

İcazənizlə, çıxışıma mənə göndərdiyi xoş dəvətə görə Azərbaycan Prezidentinə minnətdarlıqla başlayım. Ölkənizə səfər etməkdən şərəf hissi duyuram və olduqca məmnunam. Biz böyük nümayəndə heyəti ilə birlikdə səfəri davam etdirmək niyyətindəyik. Nümayəndə heyətinin bütün üzvləri ölkənizin son illər ərzində əldə etdiyi nailiyyətlərlə tanış olmaqda çox maraqlıdırlar. Prezident Əliyevin dediyi kimi, mövqelərimizin və məqsədlərimizin üst-üstə düşməsini mən də məmnunluqla bildirirəm. Bir çox onilliklər ərzində bizim oxşar taleyimiz olubdur. Totalitar rejimdə yaşadıqdan sonra biz öz müstəqilliyimizi bərpa etmişik. Hazırda azad bazar iqtisadiyyatı qurmaqdayıq. Baxmayaraq, bəzi hallarda əhalinin müəyyən təbəqələri üçün bu proses ağrılı keçir, lakin biz anlayırıq ki, bu, gələcək naminə qoyulan sərmayədir və ölkədə həyat tərzinin yaxşılaşdırılması üçün ən faydalı üsuldur.

Təbii ki, biz üç Baltikyanı ölkədə - Latviya, Litva və Estoniyada olduğu kimi, Azərbaycanda da demokratik təsisatların daha da inkişaf etməsində çox maraqlıyıq. Demokratik sistem qurulduqda səhvlər də olur, bəzən şikayətlər və tənqid də eşidilir. Lakin o da aydındır ki, bu, mövcud olan münasib sistemlərdən biridir.

Beləliklə, uzun illər boyu mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan və mərkəzdən idarə edilən ideoloji sistemdən yeni sistemə keçirik. Bu yeni sistemdə bütün vətəndaşlar idarəçilik prosesində fəal iştirak edirlər. Onlar maraqlarını təmsil edən təsisatların işini və fəaliyyətini öyrənməlidirlər. Vətəndaşlar namizədlərə səs verərək, öz maraqlarının təmin olunmasına çalışır və görülən işlərin nəticələri ilə razı olmayanda, öz fikirlərini dəyişir və yeni seçkiləri gözləyirlər. Bu amil açıq və sarsılmaz əsaslar üzərində qurulan cəmiyyət üçün olduqca vacibdir.

Biz Azərbaycanın əldə etdiyi nailiyyətləri görməkdən məmnunuq və Prezidentin müxtəlif beynəlxalq qurumlarla, Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı, NATO kimi təşkilatlarla əməkdaşlıq etmək arzusunu və mövqeyini yüksək qiymətləndiririk.

Bildiyiniz kimi, Latviya bir çox mühüm təşkilatların üzvüdür və onların hər birində Azərbaycan bizim dəstəyimizə arxalana bilər. Latviya Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələsini bütün Avropa qitəsi üçün vacib amil kimi dəyərləndirir. Sabit, tərəqqi edən və demokratik ölkənin qurulması sizin marağınızdadır. Lakin, bu, Avropa İttifaqı üçün də vacibdir. Biz ölkəniz ilə Avropa Komissiyası və NATO arasında daha sıx əməkdaşlığın qurulmasında sizə yardımçı olmağa və təcrübəmizi bölüşməyə hazırıq.

Bizim ölkəmiz bəzən çox mürəkkəb islahatlar prosesindən keçmək məcburiyyətində olmuşdur. Lakin bu o demək deyil ki, biz istənilən sahədə model kimi sayıla bilərik. Bizim də görəcəyimiz işlər çoxdur. Biz islahatlarımızı davam etdiririk, demokratik və iqtisadi təsisatları inkişaf etdiririk. Hər bir vətəndaşın yaşayış tərzini yaxşılaşdırmağa çalışırıq. Zənnimcə, qarşımızda tarixi imkanlar açılır və biz əvvəlki əsrdə gördüyümüzdən daha yaxşı cəmiyyət və ölkələr qurmağa nail olacağıq. Bu, asan yol deyildir. Bununla belə, qarşımıza qoyduğumuz məqsədlər bizə aydındır və həmin məqsədlərə çatmağın ən münasib yolu müttəfiqlərimiz və dostlarımızla birgə işin aparılmasıdır.

Sözlərimi yekunlaşdıraraq deyirəm ki, biz bir ölkə kimi Azərbaycana böyük müvəffəqiyyətlər arzulayırıq. Sizinlə, yeni tərəfdaşımızla daha sıx əməkdaşlıq qurmaq fikrindəyik. Bütün vacib sahələrdə bu gün imzaladığımız sazişlər irəliyə doğru atılan mühüm addımdır və gələcək əməkdaşlığımız üçün hüquqi çərçivə yaradır. Biz bu münasibətləri dərinləşdirmək və genişləndirmək arzusundayıq. Gələcəkdə sizin müttəfiqimiz və dostunuz olmaq fikrindəyik.

X X X

Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.

SUAL: Cənab Prezident İlham Əliyev, Azərbaycanda keçirilmiş son prezident seçkiləri bir sıra beynəlxalq təşkilatlar tərəfindən tənqid edilmişdi. İndi isə söhbətlər gəzir ki, qarşıdan gələn parlament seçkilərində qanun pozuntuları olacaqdır. Bir sıra hallarda Amerika və Avropa siyasətçiləri tərəfindən bu məsələlərə dair səsləndirilən tənqid həqiqətə uyğundurmu?

İLHAM ƏLİYEV: 2003-cü ildə keçirilmiş prezident seçkiləri ilə bağlı biz o qədər də böyük tənqidlə üzləşməmişik. Avropa İttifaqının bu məsələ ilə bağlı mövqeyi həmin qurumun bəyanatında aydın şəkildə açıqlanmışdır və həmin mövqe müsbət olmuşdur. O bəyanatda verilən təsvir ölkədəki seçkilərin nəticələrini və ümumi vəziyyəti tam əks etdirmişdir. Eyni zamanda, təbii ki, seçki prosesi tamamilə müasirləşdirilməli və beynəlxalq standartlara cavab verməlidir. Biz bununla lazımınca məşğul oluruq. Gələn ay keçiriləcək parlament seçkiləri üçün bütün lazımi işlər yerinə yetirilməkdədir. Burada yeganə məqsəd var: parlament seçkiləri düzgün və ədalətli olmalıdır. Hazırda proses rəvan və çox müsbət istiqamətdə gedir. Qeydiyyat prosesi heç bir çətinlik və şikayət olmadan başa çatmışdır. İndi isə seçki kampaniyası başlayıbdır. 125 yer uğrunda mübarizə aparan 2 mindən çox namizəd artıq seçki kampaniyasına qoşulubdur. Onların hamısına bərabər şərait yaradılır, onlar azad yığıncaqlar keçirə bilir, ictimai televiziyada, digər özəl televiziya və radio kanallarında çıxış edirlər. Ona görə də burada problemin olmasını göstərən heç bir əlamət yoxdur.

O ki qaldı ATƏT-in müşahidəçi missiyasına, artıq onlar Azərbaycanda işləyirlər. Onlar seçki prosesi və kampaniyası haqqında ilkin hesabat hazırlamışlar. Əgər bir sıra cüzi texniki məsələləri istisna etsək, ümumiyyətlə, o hesabat da müsbətdir. Əminəm ki, noyabrda parlament seçkiləri azad, ədalətli şəkildə keçiriləcək və Azərbaycan xalqının iradəsini əks edirəcəkdir.

SUAL: Mənim sualım Latviya Prezidentinədir. Cənubi Qafqaz regionunda, xüsusən də Dağlıq Qarabağda separatçı rejimlər davam etməkdədir. Sizin XXI əsrin əvvəlində separatçı hərəkətlərə münasibətiniz necədir?

VAYRA VİKE-FREYBERQA: Latviyanın mövqeyi Avropa İttfaqının mövqeyinə uyğundur və hesab edirik ki, ərazi bütövlüyü hər bir suveren dövlətin fundamental hüququdur. Ərazi iddiaları əsasında mübahisə olan hallarda bu, diplomatik kanallar vasitəsilə aparılan açıq danışıqlar yolu ilə aradan qaldırılmalıdır. Münaqişənin aspektləri ilə bağlı müəyyən güzəştlər olmalıdır. Çünki bizim təcrübəmiz göstərir ki, əgər hər hansı bir tərəf mövqeyini sərtləşdirsə, onda münaqişələr onilliklər ərzində uzanır, həll olunmur və nəticədə belə addımlar hərbi əməliyyatlara aparır. Belə olan halda hər iki tərəf itkilər verir, insan tələfatı olur, iqtisadi inkişaf zəifləyir. Həmin ölkələrdə yaşayan sakinlər üçün təhlükəsizlik pozulur. Nəticədə xarici sərmayələr cəlb oluna bilmir, beynəlxalq bazarlara çıxış məhdudlaşır. Avropada bir-birilə qarşıdurmada olan, hətta qanlı müharibədən keçmiş ölkələr İkinci Dünya müharibəsindən sonra bir-birilə ümumi dil tapmışlar. Məsələn, Fransa ilə Almaniyanı, Fransa ilə Britaniyanı, yaxud Britaniya ilə Hollandiyanı götürək və sair. Bu müharibələrə baxmayaraq, həmin dövlətlər bütün mənfi amilləri tarixdə saxlaya bilmişlər. Keçmişdə sərhədlər çox vaxt adi bir qərarlar əsasında çəkilmişdir və bir çox hallarda həmin ərazilərdəki etnik tərkibə nəzər yetirmədən müəyyən olunurdu. Lakin bu cür uzun çəkən silahlı münaqişələrin yaranması ehtimalını azaltmaq üçün rəhbər tutulacaq yeganə prinsip ərazi bütövlüyünün qorunmasıdır. Bu prinsip bütün dünyada qəbul olunubdur. Avropa İttifaqının bir üzvü olaraq biz həmin prinsipin gözlənilməsinin tərəfdarıyıq.

SUAL: Mənim sualım iki hıssədən ibarətdir. Birinci hissə Latviyanın xanım Prezidentinədir. Dağlıq Qarabağ probleminin həlli Azərbaycanla daha geniş əməkdaşlıq aparılması üçün faydalı olacaqmı?

Mən cənab Prezident Əliyevdən soruşmaq istərdim, bu proses hələ başa çatmamışdır. Azərbaycan bu istiqamətdə gələcək addımları necə görür və problemi necə həll etmək istəyir?

VAYRA VİKE-FREYBERQA: Bayaq dediyim kimi, hər hansı bir münaqişədə məsələnin iki tərəfi var. İstənilən ölkədə müxtəlif etnik tərkibdə anklav mövcuddursa, ona həssas yanaşmaq lazımdır. Prezident Əliyev danışıqlarda bildirdi ki, Azərbaycan Dağlıq Qarabağın etnik tərkibini nəzərə alaraq, bütün aspektləri nəzərdən keçirməyə və oradakı etnik azlığa öz dilində danışmaq və mədəni irsini davam etdirmək imkanları yaratmağa hazırdır. Hesab edirəm ki, uzunmüddətli həll yolunun tapılması üçün vacib olan ilkin şərtlərdən biri qarşılıqlı hörmətdir.

İLHAM ƏLİYEV: Azərbaycanın bu münaqişə ilə bağlı mövqeyi beynəlxalq hüquq normaları və prinsiplərinə arxalanır. Bütün dünyada ölkələr arasındakı mürəkkəb münasibətlərin həlli də beynəlxalq prinsiplərə əsaslanmalıdır. Bu, kiminsə arzularına əsaslanmalı deyildir. Bizim mövqeyimiz çox aydındır. Biz münaqişənin həllini Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında görürük. Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən pozulmuşdur. Hazırda bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Dağlıq Qarabağın özü və onun ətrafındakı 7 inzibati rayon işğal altındadır. Həmin rayonlarda heç vaxt ermənilər yaşamayıblar. Bu münaqişə nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır.

Bu məsələ Avropa Şurasının qətnaməsində əks olunmuşdur. Ermənistan Azərbaycana qarşı təcavüz etmiş və etnik təmizləmə aparmışdır. Bizim məsələyə yanaşmamız çox ədalətlidir və beynəlxalq hüquqa arxalanır. Biz Dağlıq Qarabağdakı ermənilərə yüksək səviyyəli muxtariyyət statusu verə bilərik. Onlara beynəlxalq səviyyədə siyasi təhlükəsizlik təminatı da verə bilərik. Lakin bir şərtlə ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bütün dünyada və Avropada da müsbət təcrübə vardır. Məsələn, Skandinaviya ölkələrində və digər ölkələrdə bu cür təcrübələr var. Ona görə də Dağlıq Qarabağdakı muxtariyyət dünyada və ya Avropada mövcud olan muxtariyyətdən seçilməli deyil. Bəzi hallarda müəyyən sözlər deyilir və bunlar yanlış təəssürat yaradır. Məsələn, onlar deyirlər ki, xalqların öz müqəddəratını təyin etmək hüququ var. Onu demək istəyirəm ki, ermənilər bir millət, xalq kimi öz müqəddəratını artıq təyin ediblər. Onların Ermənistan dövləti var. Ermənilər indi bir çox ölkələrdə yığcam şəkildə yaşayırlar. Siz təsəvvür edin, əgər onlar yaşadıqları bu ölkələrdə öz müstəqilliklərini tələb etsələr, nələr baş verər. Ona görə də münaqişənin həlli yolu Ermənistan qoşunlarının bizim ərazidən çıxmasıdır. Bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, onlar da yerinə yetirilməlidir. Məcburi köçkünlər və qaçqınlar öz doğma yerlərinə qayıtmalıdırlar. Siyasi təhlükəsizlik təminatı olmalıdır və Dağlıq Qarabağa yüksək səviyyəli muxtariyyət verilməlidir. Biz bu məsələnin həllinin yeganə yolunu belə görürük.

SUAL: Mənim sualım hər iki prezidentədir. Latviya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın hansı konkret sahələrini sadalaya bilərsiniz?

VAYRA VİKE-FREYBERQA: Biz hesab edirik ki, perspektivlər çox böyükdür. Hər iki ölkədə gözəçarpan iqtisadi inkişaf müşahidə olunur. Hazırda iqtisadi münasibətlər genişlənməkdədir. Xüsusən son iki il ərzində buna xüsusi diqqət yetirmişik. Gələn ilin yazında Bakıda Latviyanın səfirliyini açmağı planlaşdırırıq. Eyni zamanda, iki ölkə arasında hava uçuşlarının həyata keçirilməsini planlaşdırırıq. Bilirsiniz ki, Latviya artıq güclü ölkəyə çevrilir, Avropa İttifaqının 25 üzvündən biridir. Biz bu qurumun Gömrük İttifaqına daxilik. Bu baxımdan sizin iş adamları bizim iş adamları ilə yaxşı əməkdaşlıq edə, ölkəmiz vasitəsilə Avropa məkanına, bazarlarına çıxa bilərlər. Əminəm ki, onlar işbirliyinin qurulması üçün ümumi sahələr tapa biləcəklər.

İLHAM ƏLİYEV: Latviya və Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələrdir. Hər iki ölkədə gözəçarpan iqtisadi artım müşahidə olunmaqdadır. Bu göstəricilərə əsaslanaraq, biz iqtisadi vəziyyətimizi keyfiyyətcə yaxşılaşdıra bilirik. Əminəm ki, xanım Prezidentin ölkəmizə səfərindən sonra iş adamları arasında əlaqələr, təmaslar daha da sıx olacaqdır.

Biz görürük ki, artıq bu əməkdaşlıq yaranır. Bizim iş adamları qarşılıqlı maraq doğuran sahələr üzrə əlaqələr qurmalıdırlar. Bunun üçün çox möhkəm əsaslar var, yaxşı siyasi münasibətlərimiz var. Şübhəsiz ki, Bakıda Latviya səfirliyinin açılması ölkələrimiz arasında məlumatların daha geniş şəkildə yayılmasına imkan verəcəkdir. Bəzən belə də olur ki, müstəqillik qazandıqdan sonra ölkələrin bir-biri haqqında məlumatı o qədər də çox olmur, təmaslar o qədər də yüksək səviyyədə olmur. Lakin Latviyaya gəldikdə, bizim sıx əlaqələrimiz var. İş adamlarımızda bu ölkə haqqında məlumat var. Biz isə bu prosesin daha da asanlaşdırılması üçün mümkün olan bütün işləri görməyə hazırıq. Əminəm ki, gələn illər ərzində iqtisadi əməkdaşlıq gözəçarpan dərəcədə artacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO