Azərbaycan Dövlət İnformasiya Agentliyi

LATVİYA PREZİDENTİ VAYRA VİKE-FREYBERQANIN NİTQİ

- Cənab Prezident!

Hörmətli nazirlər, səfirlər!

Xanımlar və cənablar!

Biznes forumun əldə etdiyi nəticələr haqqında məruzəni eşitdikdən sonra burada çıxış etməkdən olduqca məmnunam. Hər iki tərəfin nümayiş etdirdiyi təşəbbüskarlığın səviyyəsi bizi sevindirir. Məncə, Azərbaycan ilə konstruktiv və dostluq şəraitində inkişaf edən ikitərəfli münasibətlərimizi qeyd etsək, yerinə düşərdi. Biz Azərbaycanın demokratikləşməyə və bu cür sürətli iqtisadi inkişafa doğru atdığı bütün addımları yüksək qiymətləndiririk.

Mənim ölkəm isə islahatların aparılması və beynəlxalq təşkilatlara inteqrasiya sahəsində əldə etdiyi təcrübəni Azərbaycanla bölüşməyə hazırdır. Əminəm ki, gələcək illər ərzində ölkələrimiz arasında daha intensiv siyasi və iqtisadi əməkdaşlığın şahidi olacağıq.

1990-cı illərdən etibarən Azərbaycanın əldə etdiyi nailiyyətləri, inkişaf templərini və xarici sərmayələrin həcmini müşahidə etməkdən çox məmnunuq. Ümid edirik ki, strateji əhəmiyyət daşıyan boru kəmərləri sistemi, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın və onun xalqının rifahına xidmət edəcək və Azərbaycan Prezidenti dediyi kimi, aşağı və yüksək gəlirləri olan təbəqələr arasında fərqlərin aradan qaldırılmasına töhfə verəcəkdir. Deməliyəm ki, tamamilə eyni məsələlər Latviyada da mövcuddur. Yüksək və aşağı gəlirləri olan dairələr arasında qeyri-tarazlığın silinməsi və güclü orta təbəqənin formalaşması, paytaxt və rayonlar arasında yaşayış standartlarında olan fərqlərin azaldılması kimi məsələlərdə ölkələrimizdə apardığımız işlər, demək olar ki, oxşar xarakter daşıyır.

Rəsmi səfər çərçivəsində imzalanmış sənədlər ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün əsas yaradacaqdır. İqtisadi, texniki, elmi və mədəni əməkdaşlıq haqqında imzalanan sənədlər, qarşılıqlı yardım və gömrük xidmətləri sahəsindəki sazişlər, sərmayələrin təşviqi və qarşılıqlı şəkildə qorunması, vergilər haqqında sazişlər, terrorculuğa qarşı mübarizədə əməkdaşlıq haqqında saziş kimi sənədlərin hamısı olduqca vacib beynəlxalq hüquqi çərçivənin yaradılmasında mühüm rol oynayır və xalqlarımız arasında davamlı və qarşılıqlı surətdə faydalı əməkdaşlıq üçün zəmin yaradır.

Latviyada Azərbaycan səfirliyinin açılması faktını mən məmnunluqla bir neçə dəfə qeyd etmişəm və sizin tanınmış diplomatınız Tofiq Zülfüqarovun etimadnaməsini qəbul etdim. Biz də tezliklə Bakıda Latviya səfirliyinin açılması üçün bütün işləri yerinə yetirəcəyik.

Cənab Şlesers Riqaya tələsik qayıtdı. Buna səbəb onun hava uçuşlarının açılması məsələsinə nə dərəcədə ciddi yanaşmasından xəbər verir. Əgər biz onun təşəbbüskarlığının, heç olmasa, yarısını nümayiş etdirsək, onda hazırkı biznes forumunun tezliklə uğurlu nəticələrini görəcəyik.

Hesab edirəm ki, bu forumun miqyası və apardığımız dialoqun intensiv xarakteri ilə izah olunan qarşılıqlı marağın hər iki tərəfdən nümayiş etdirilməsi təqdirəlayiq haldır. Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, bu, yalnız başlanğıcdır. Amerikalıların oxuduğu mahnıda deyildiyi kimi, “gözəl dostluğun” başlanmasıdır. Təbii ki, təmaslar qurulacaq və əməkdaşlıq baş tutacaqdır. Zənnimcə, siz bu fürsətdən istifadə edərək, işlərin davamlı olması məqsədi ilə ilk addımları atacaqsınız.

Yəqin ki, siz bu forum vasitəsilə Latviyanın iqtisadiyyatı haqqında bəzi məlumatları əldə edə bildiniz. Latviyanın bu gün inkişaf etdirdiyi ən vacib sektorlardan biri bank işi və maliyyə xidmətləridir. Beynəlxalq qlobal maliyyə jurnalı 2005-ci ildə Pareks Bankı Latviyanın ən aparıcı bankı kimi dəyərləndirmişdir. Cari il ərzində Pareks Bank beynəlxalq Xəzər enerji mükafatına layiq görülmüşdür. Bu, artıq ilk uğurlu əməkdaşlığımızın rəmzidir. Həmin işbirliyi Baltik və Xəzər dənizləri regionlarını bir-birinə yaxın edir.

Nümayəndə heyətinə daxil olan şirkətlər arasında “LatEtoEnetor” şirkətinin adını çəkmək istəyirəm. Bu şirkət bütün Avropa məkanında informasiya texnologiyaları sahəsində xidmətlər və bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda bank və sığorta sahəsində fəaliyyət göstərir. Görürsünüz, əməkdaşlığımızın yeni misalını çəkirik. Onlar hətta bizim rəsmi səfəri gözləmədən Azərbaycanda fəaliyyətə başlamışlar. Fəaliyyətə yenicə başladılar və artıq müsbət nəticələr əldə etdilər. Bu münasibətlə mən onları burada təbrik etmək istəyirəm.

Bundan başqa, biz Latviyada fəaliyyət göstərən ali təhsil ocaqlarının xidmətlərini təklif edə bilərik. Onlar təhsilin keyfiyyəti baxımından yaxşı, rəqabətədavamlı təhsil müəssisələridir. Tibb məktəblərimizin qapıları sizin üzünüzə açıqdır. Digər Qərb ölkələri ilə müqayisədə, təhsil haqqı kifayət qədər aşağıdır. Beləliklə, Azərbaycanda ali təhsil alan tələbələr Latviyadakı təhsil ocaqlarında təhsil ala bilərlər. Onlardan bəzilərində mühazirələr ingilis, digərlərində isə rus dillərindədir. Bu imkanlardan gələcəkdə istifadə etmək olar.

Latviya NATO və Avropa İttifaqına üzv qəbul olunduqdan sonra ötən ilyarım ərzində biz bunun iqtisadiyyatımıza kifayət qədər təsirini hiss etdik. Bildiyiniz kimi, Avropa İttifaqına üzv olan ölkələr arasında bəzilərinin artım səviyyəsi olduqca aşağıdır. Biz ildə 7,6 faiz iqtisadi artım göstəricisi ilə öncül ölkələr sırasındayıq. Ötən il bu göstərici 8,5 faiz idi. Lakin bu ilin birinci yarısında 9,5 faiz olmuşdur. Şübhəsiz ki, bu rəqəmlər sizin sürətli inkişaf templərinizlə müqayisə oluna bilməz. Təbii ki, sizin ölkənizlə müqayisədə bizim bəxtimiz o qədər də gətirməyibdir. Sizin ölkədə zəngin təbii resurslar var. Bizim ərazimizdən boru kəməri keçir, lakin hazırda o, siyasi səbəblərə görə işləmir. Ona görə də bizim iqtisadi artımımız o qədər də böyük deyildir. Lakin digər Avropa ölkələri ilə müqayisədə, indiki göstəricilərimizlə fəxr edə bilərik. Bu rəqəmlər yerli sabit tələbat, şirkətlərimizin artan ixrac əməliyyatları hesabına mümkün olmuşdur. Bu, bizim şirkətlərimiz üçün mürəkkəb formada olmuşdur, çünki kiçik ölkələrdə istehsal edilən malların həcmi də o qədər böyük olmur. Bununla belə, şirkətlər məhz genişmiqyaslı ixrac əməliyyatları aparmaq üçün xüsusi malların istehsalına başlamışlar və istehsal həcmi çox böyükdür.

İqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər makroiqtisadi sabitlik, çox dəqiq valyuta siyasəti, milli valyutanın - latın sabitliyi nəticəsində mümkün olmuşdur. 1993-cü ildə dövriyyəyə buraxdığımız milli valyuta 2008-ci ilin yanvarın 1-dən etibarən avro ilə əvəzlənəcəkdir. Ümid edirəm ki, biz bu işlərin öhdəsindən gələ biləcəyik. Hazırda inflyasiyanın səviyyəsi istədiyimizdən bir az kənara çıxır. Bu il ərzində latın məzənnəsi qalxmış və avroya yaxınlaşmışdır. Ümidvaram ki, 2008-ci il yanvarın 1-dən etibarən biz Avropanın ümumi valyuta zonasına daxil ola biləcəyik. Bu addım ölkəmizdə bütün biznes fəaliyyətinə müsbət təsir göstərəcək və beləliklə, valyuta məzənnəsinin dəyişməsindən və valyutanın konvertasiyasından irəli gələn bütün problemlər aradan qaldırılacaqdır.

Hazırda ixracımızın 3/4 hissəsi Avropa ölkələri ilə aparılır. Bizim əsas ticarət tərəfdaşlarımız Almaniya, Litva, İsveç və Estoniyadır. Ümumi ticarət dövriyyəsinin cəmi 8 faizini Rusiya ilə aparılan əməliyyatlar təşkil edir. Latviyaya sərmayələrin 60 faizdən çoxu Avropa İttifaqı ölkələrindən gəlir. Lakin bu, o demək deyil ki, biz fəaliyyətimizi hər zaman Avropa İttifaqı ailəsi ilə məhdudlaşdırmalıyıq. Əksinə, biz bu hüdudlardan kənara çıxmaq arzusundayıq və Şərqdə yerləşən ölkələrlə də əməkdaşlıq etmək istəyirik.

Çünki biz Avropa İttifaqının şərq-şimal sərhədini təşkil edirik. Məhz buna görə, bizim Azərbaycanla ticarət dövriyyəsi 2003-cü illə müqayisədə 76 faiz artmışdır. Bu, böyük rəqəmdir. Lakin mütləq rəqəmlərlə götürsək, görərik ki, o qədər də yüksək deyildir. Bununla belə, mən hazırkı meyilləri qeyd etmək istəyirəm. Onlar müsbət və birmənalıdır. Artım səviyyəsi gözəçarpan dərəcədə inkişaf edir. Göstəricilər get-gedə artır və bu, bizim gələcək planlarımıza xidmət edir.

Azərbaycan kimi, Latviya da coğrafi baxımdan bir çox ticarət yollarının kəsişməsində yerləşir. Əfsuslar olsun ki, tarixən ölkəmizin ərazisindən işğalçı ordular da keçib. Lakin biz sülh və sabitlik erasına qədəm qoyuruq. NATO ilə ittifaq vasitəsilə təhlükəsizlik sisteminin qurulması bunu deməyə əsas verir. Təbii ki, biz Qafqazdakı durumu da diqqətlə izləyirik. Buradakı münaqişələrin təmkinlə, diplomatik vasitələrlə həll olunmasını arzulayırıq. Hesab edirəm ki, hər iki tərəf təchizat və nəqliyyat sahələrinin lazımi qaydada genişlənməsini səbirsizliklə gözləyir. Sizin ölkənizin ərazisindən keçən tarixi ticarət yollarına oxşar marşrutlar Latviyada da mövcuddur.

Biz inanırıq ki, o gün gələcək və Böyük İpək yolunun bir qolu şimal istiqamətində gedəcəkdir. Beləliklə, transkontinental dəmir yolu xətləri mövcud olacaq və onlar yüklərin bir neçə ölkələrin ərazisindən keçərək daşınmasını mümkün edəcəkdir. Malların Yaponiya, Koreya, Çin və bütün Avrasiya qitəsindən keçərək, üç Baltik ölkəsinin qışda suları donmayan dəniz limanları vasitəsilə daşınması üçün istifadə oluna bilər.

Mən hesab edirəm ki, qarşılıqlı fəaliyyət və ölkələrdəki iqtisadi inkişaf genişləndikcə, hər tərəfin görəcəyi işlər kifayət qədər çox olacaqdır. Həm siz, həm biz birgə işləyərək, ekspertiza, nou-hau və təcrübəni mübadilə etməklə, qarşımızda qoyduğumuz məqsədlərə nail olacağıq.

Mən burada iştirak edən bütün şəxslərə ən böyük uğurlar arzulayıram. İlk növbədə, hər birinizin həyatında ən vacib sayılan xoşbəxtlik diləyirəm. Apardığınız işgüzar fəaliyyətdə müvəffəqiyyətlər və nəzərdə tutduğunuz planların həyata keçirilməsində sizə yorulmaz fəaliyyət arzulayıram. Gələcəkdə ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə uğurlu əməkdaşlıq arzulayıram.

Sizə uğurlar diləyirəm.

X X X

İqtisadi inkişaf naziri Fərhad Əliyev Azərbaycan və Latviya prezidentlərinə forum iştirakçıları adından dərin təşəkkürünü bildirdi, ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün iş adamlarının sıx əməkdaşlıq edəcəklərinə əmin olduğunu söylədi.

X X X

Forumda Azərbaycan Sahibkarlar Təşkilatı Konfederasiyası ilə Latviyanın Kiçik və Orta Biznes Sənətkarlar İttifaqı arasında qarşılıqlı informasiya mübadiləsi, birgə treninqlərin keçirilməsi, sərgilərin və biznes konfransların təşkili sahəsində saziş, İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Latviyanın İnvestisiya və İnkişaf Agentliyi arasında ixrac sahəsində əməkdaşlıq haqqında, Bakı Biznes Mərkəzi ilə Riqa Biznes Tədris Mərkəzi arasında kadrların hazırlanması və məlumat mübadiləsi barədə protokollar, eləcə də istehsal olunan məhsulların qarşılıqlı ixracı və yeyinti məhsullarının, inşaat materiallarının istehsalı sahəsində sənədlər imzalanmışdır.

Bununla da forum başa çatdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb