Azərbaycan Dövlət İnformasiya Agentliyi

LATVİYA PREZİDENTİ VAYRA VİKE-FREYBERQAYABAKI DÖVLƏT UNİVERSİTETİNİN FƏXRİ DOKTORU DİPLOMU TƏQDİM OLUNMUŞDUR

Oktyabrın 4-də Latviyanın Prezidenti Vayra Vike-Freyberqaya Bakı Dövlət Universitetinin BDU fəxri doktoru diplomunun təqdim edilməsinə həsr olunmuş mərasim keçirilmişdir.

Ali qonağı və onun həyat yoldaşını BDU-nun əsas binası önündə təhsil naziri Misir Mərdanov və universitetin rektoru Abel Məhərrəmov hörmətlə qarşıladılar. Tələbələr Prezidentə gül dəstəsi təqdim etdilər.

Latviya Prezidenti və onu müşayiət edən şəxslər əvvəlcə BDU-da yaradılmış “Heydər Əliyev” guşəsi ilə tanış oldular. Ümummilli lider Heydər Əliyevin təhsil aldığı illəri əks etdirən və digər şəkillər, universitetin tarixi barədə verilən məlumat qonaqlarda böyük maraq doğurdu.

Sonra mərasim başlandı. Universitetin professor-müəllim heyəti və tələbələr Latviya Prezidenti Vayra Vike-Freyberqanı hərarətli alqışlarla qarşıladılar.

BDU-nun rektoru, MEA-nın müxbir üzvü ABEL MƏHƏRRƏMOV mərasimi açaraq dedi:

- İcazə verin, ilk növbədə, hörmətli qonağımız, Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqanı universitetimizə gəlməsi münasibətilə salamlayım və bu qocaman elm və təhsil ocağına “Xoş gəlmisiniz!” deyim.

Bu gün universitetimizin həyatında ən tarixi və ən əlamətdar günlərdən biridir. Latviya Prezidenti xanım Vayra Vike-Freyberqa universitetimizin qonağıdır və biz ona Bakı Dövlət Universitetinin fəxri doktoru diplomunun təqdim olunması mərasiminə toplaşmışıq. Ənənəmizə uyğun olaraq, əvvəlcə yeni fəxri doktorumuzun həyat və fəaliyyətinin bəzi məqamları barədə məlumat verim. O, Kanadanın Toronto Universitetinin psixologiya fakültəsini bitirmiş, Monreal Universitetində eksperimental psixologiya üzrə doktorluq dərəcəsi almışdır. 1965-ci ildən həmin universitetin professorudur. Kanada və Latviya Elmlər Akademiyalarının müxbir üzvüdür. Xanım Vayra Vike-Freyberqa bir neçə beynəlxalq təşkilatda mühüm vəzifələrdə çalışmış, Latviya Universitetinin rektoru olmuş, Avropa və Amerikanın bir sıra universitetlərinin fəxri adlarına layiq görülmüşdür. 8 monoqrafiya və 160 elmi məqalənin müəllifidir. 1999-cu və 2003-cü illərdə xanım Vayra Vike-Freyberqa Latviya Respublikasının Prezidenti seçilmişdir. Bu da təsadüfi deyildir. Çünki məhz xanım Vayra Vike-Freyberqanın prezidentliyi müddətində Latviya Respublikası dinamik inkişaf etmiş, dövlətçilik və müstəqillik möhkəmlənmişdir. Ötən il isə Latviya qarşıya qoyulmuş iki böyük məqsədinə nail olmuş - Avropa İttifaqına və NATO-ya üzv qəbul edilmişdir.

Hörmətli xanım Vayra Vike-Freyberqa, Azərbaycan ilə hərtərəfli dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı üçün göstərdiyiniz səyləri biz çox yüksək qiymətləndiririk. Azərbaycana bu səfəriniz, imzalanmış mühüm sənədlər ölkələrimizin münasibətlərində yeni perspektivlər açır.

Abel Məhərrəmov ölkənin ilk ali təhsil ocağı olan BDU haqqında qısa məlumat verərək dedi ki, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış universitetin xalqın maariflənməsində, Azərbaycan elminin inkişafında milli ideologiyanın formalaşmasında müstəsna xidmətləri olmuşdur. Hazırda universitetin 16 fakültəsində 17 minə yaxın tələbə, o cümlədən 15 ölkədən 600-ə qədər tələbə təhsil alır. Burada 1300-dən çox müəllim, o cümlədən 300-dək elmlər doktoru, professor çalışır. Bakı Dövlət Universiteti dünyanın ən qabaqcıl təhsil ocaqları ilə, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Polşa, Fransa, Yaponiya və digər ölkələrin universitetləri ilə əməkdaşlıq edir, elmi əlaqələr saxlayır, birgə proqramlar üzərində işləyir.

BDU Avropa Universitetləri Assosiasiyasının üzvüdür. 40 ölkənin 143 universitetini əhatə edən Boloniya prosesində fəal iştirak edir. NATO-nun Elm Komitəsi ilə də işgüzar əlaqələri var və elm vasitəsilə təhlükəsizlik proqramının fəal iştirakçısıdır.

Rektor dedi ki, bütün başqa xalqlar kimi, biz də fəlakətli müharibələrsiz, çarəsi tapılmayan xəstəliklərsiz, səfalətsiz və daha ədalətli dünya nizamında yaşamağı düşünürük. Biz arzulayırıq ki, kiçik dövlətlərin gəncləri, o cümlədən Azərbaycan gəncliyi də fövqəldövlətlərdə olan həmkarları kimi gələcəyə ümidlə baxsınlar. Xanım Prezident, fikirimcə, Siz də razılaşarsınız ki, təcavüz nəticəsində 20 faiz torpaqları işğala məruz qalmış və 1 milyona qədər qaçqın-köçkünü olan Azərbaycan üçün ədalətli dünya nizamı xüsusi əhəmiyyət daşıyır. Bu ədalətli dünya nizamının düzümünü biz Avropa və Avratlantik məkanına inteqrasiya yolunda görürük. Bu yolun memarı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olmuşdur və əminik ki, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt uğurla davam etdiriləcəkdir.

Abel Məhərrəmov bildirdi ki, BDU-nun Elmi şurasının 2005-ci il 1 oktyabr tarixli iclasında Latviya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsində, sosial-siyasi elmlərin inkişafında xidmətlərinə görə xanım Vayra Vike-Freyberqaya Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilməsi qərara alınmışdır.

Hörmətli xanım Vayra Vike-Freyberqa, bir sıra dövlət başçıları, NATO və YUNESKO-nun rəhbərləri, dünya şöhrətli alimlər Bakı Dövlət Universitetinin fəxri doktoru adına layiq görülmüşlər. Biz əminik ki, görkəmli siyasi və dövlət xadimi kimi, elm və təhsil sahəsində inkaredilməz xidmətləri olan şəxs kimi Siz Bakı Dövlət Universitetinin fəxri doktorları sırasında öz layiqli yerinizi tutacaqsınız. İcazə verin, bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edim və Bakı Dövlət Universitetinin fəxri doktoru adının atributlarını sizə təqdim edim.

X X X

Latviya Prezidenti xanım Vayra Vike-Freyberqaya mantiya, fəxri doktorluq diplomu və vəsiqə təqdim olundu.

Prezident Vike-Freyberqa mərasimdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb