Azərbaycan Dövlət İnformasiya Agentliyi

LATVİYA RESPUBLİKASININ PREZİDENTİ VAYRA VİKE-FREYBERQANIN NİTQİ

- Hörmətli cənab rektor!

Hörmətli nazirlər, xanımlar və cənablar!

Bu diqqət mənə çox böyük təsir göstərdi. Mənə verilən bu şərəfdən çox böyük qürur hissi duydum. Bu diqqətə görə Bakı Dövlət Universitetinin kollektivinə, professor-müəllim və tələbə heyətinə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Çox sağ olun.

Universitetlərdə çıxış etmək hər zaman məndə çox böyük məmnunluq doğurur. Çünki mən özüm də elm adamı olmuşam. Çox uzun bir müddət ərzində, 33 il professor kimi universitetdə çalışmışam. Baxmayaraq ki, başqa işlərdə də çalışırdım. Ona görə də unversitetə gəlmək, professorlarla görüşmək, tələbələri salamlamaq mənim üçün çox böyük şərəfdir.

Deməliyəm ki, ölkənizdə səmimi, hərarətlə, yüksək qonaqpərvərliklə qarşılanmışam. Bütün bunlar mənə çox böyük təsir etmişdir. Bakı Dövlət Universiteti də daxil olmaqla, bu görüşlərdən çox böyük təsir almışam. Bu, tarixi bir andır, tarixi bir hadisədir. Bu, Latviyanın Prezidenti kimi Azərbaycana həyata keçirilən ilk rəsmi səfərdir və inanıram ki, növbəti illərdə bizim əlaqələrimiz getdikcə inkişaf edəcək və ölkələrimiz bir-birinə daha çox yaxınlaşacaqdır.

Azərbaycan xalqı gördüyü çox böyük işlərlə qürur duymalıdır. Çünki mən burada bu işlərin bir çoxunun sübutunu gördüm. Heç bir şübhə olmadan söyləməliyəm ki, Bakı şəhəri dünyada, Xəzər dənizi hövzəsində ən gözəl şəhərlərdən biridir. Burada çox qədim abidələrin saxlanmasına baxmayaraq, müasirlik həmahəng şəkildə özünü göstərməkdədir. Buradakı tarixi abidələrin mövcud olması sübut edir ki, bu ölkə öz tarixi kökünə nə qədər bağlıdır. Bakı yüz il bundan əvvəl inkişaf etməyə başlamışdır. Dünyanın ən böyük neft şəhərinə çevrilmişdir. Latviyanın bir sıra iş adamları da Azərbaycana gəlmişdir və Birinci Dünya müharibəsi başlayana qədər Bakıda yaşamışdır. Amma hazırda biz hər yanda gördüyümüz kimi, Bakı bir daha çox dinamik inkişaf həyata keçirir. Biz bunun şahidi oluruq.

Bildirmək istəyirəm ki, hər iki ölkənin tarixinin bənzər məqamları vardır. Azərbaycan da xarici işğala məruz qalmışdır və işğaldan yaxa qurtarmağa nail olmuşdur. Müstəqil dövlətini bərqərar etməklə cəmiyyəti inkişaf etdirməyə nail ola bilmişdir. 1918-ci ildə həm Latviya, həm də Azərbaycan özlərini Rusiyadan azad olan müstəqil dövlət elan etmişdi. Lakin bu, o qədər də uzun sürməmişdir. 1920-ci ildə Rusiya tərəfindən Bakı işğal olunmuş, ağır repressiya dövrü başlamış və bu, 70 il davam etmişdir.

Latviya isə dövlətçiliyini və müstəqilliyini 20 ildən çox qoruyub saxlamışdır. Lakin Qırmızı Ordu 1940-cı ildə Latviyanı da işğal etmişdir. Beləliklə, işğala məruz qalmış Latviya və Azərbaycan, xalqlarımız əziyyət çəkmiş, sovet totalitar rejimində yaşamışlar. Daha sonra biz öz səylərimizi birləşdirərək, istədiyimizə nail ola bilmişik. Hər iki ölkə, bizlər açıq şəkildə müstəqillik uğrunda mübarizə aparmışıq. Əlbəttə, bu mübarizədə insanların həyatına son qoyulmuşdur. 1990-cı ildə 137 nəfər azərbaycanlı Sovet Ordusu qüvvələri tərəfindən Bakının küçələrində qətlə yetirilmişdir. Bir il bundan sonra, 1991-ci ilin yanvar ayında sovet hərbi qüvvələri bizim ölkədə, Riqanın mərkəzində Daxili İşlər Nazirliyini zəbt etmiş, kinooperatoru öldürmüşdür. O, məhz bu hadisələri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün film çəkməyə çalışırdı.

Həmin dövrdən SSRİ dağılmağa başladı və 1991-ci ildə həm Azərbaycan, həm də Latviya öz müstəqilliklərini bərqərar edə bildilər. Həmin dövrdən etibarən bizim dövlətlər çox çətin vəzifələrin yerinə yetirilməsi ilə məşğul olmuşlar.

Hazırda isə biz çox mühüm bir tarixi məqamı yaşayırıq. Avropanın tarixi, Avropada yaşayan xalqların tarixi bunu göstərir ki, onlar öz seçimləri əsasında inkişaf etmişlər. Latviya Avropa İttifaqına və NATO-ya üzvlük üçün bu təşkilatlara müraciət etmişdi. Bunun üçün bizə 10 il vaxt lazım oldu. Amma keçən il biz nəhayət, müvəffəqiyyətlə həmin təşkilatların üzvü ola bildik. Bu müvəffəqiyyət həm də Latviyanı kommunist rejiminin, yəni totalitar rejimin bərqərar olduğu bir dövlətdən dəyişərək, demokratiyanın bərqərar olduğu, qanunun aliliyinin hökm sürdüyü, eyni zamanda, insan hüquqları və azadlıqlarına hörmət bəsləndiyi bir ölkəyə çevirdi. Biz, eyni zamanda, planlı sovet iqtisadiyyatından dinamik sərbəst bazar iqtisadiyyatına keçə bildik.

Məhz buna görə də Latviya hazırda Avropa İttifaqında ən sürətli iqtisadi artıma malik olan ölkələrdən biridir. Bu əsas dəyişikliklər əlbəttə ki, sosial dəyərlər naminə baş vermişdir. Amma hazırda ölkədə adambaşına düşən gəlirin səviyyəsi bizim üçün yenə də qənaətbəxş deyildir. Biz hər il bu məsələnin üzərində işləyərək, insanların həyat səviyyəsini daha da yaxşılaşdırmağa çalışırıq.

Latviyanın Azərbaycanla müştərək əlaqələri konstruktivlik və dostluq şəraitində inkişaf edir. Latviya Azərbaycanda həyata keçirilən islahatlar prosesini alqışlayır. Bu islahatlar, əlbəttə ki, demokratiyanın bərqərar olmasına və ölkənin inkişafına yönəldilmişdir. Beynəlxalq ictimaiyyətlə bərabər, Latviya da Azərbaycanda noyabr ayında keçiriləcək parlament seçkilərini çox böyük maraqla izləyəcəkdir. Cənab Prezident İlham Əliyev və digər rəsmi dairələr əllərindən gələni etmişlər ki, bu seçkilər doğrudan da çox demokratik və düzgün bir şəkildə keçsin, Azərbaycan xalqının maraqlarına xidmət etmiş olsun. Mənim ölkəm - Latviya islahatlar təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Eyni zamanda, biz bu işi beynəlxalq təşkilatlar vasitəsilə də həyata keçirməyə hazırıq. Ümid edirik ki, biz gələcəkdə daha intensiv siyasi və iqtisadi əlaqələrin bərqərar olmasına nail olacağıq. Hazırda biz təhlükəsizlik, müdafiə sahələrində əməkdaşlıq edirik. Bu da NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilir. Azərbaycanın müdafiə naziri Riqada olmuşdur və o, latviyalı həmkarı ilə çox səmərəli danışıqlar aparmışdır.

Eyni zamanda bildirmək istəyirəm ki, keçən ay Latviyada, Riqada cənab Tofiq Zülfüqarovun rəhbərliyi altında Azərbaycanın səfirliyi açılmışdır. Latviya da bu yaxınlarda Bakıda öz səfirliyini açmağa hazırlaşır. Bu siyasi inkişaf, əlbəttə ki, ölkələrimiz arasında əlaqələrin durmadan inkişaf etməsinə dəlalət edir.

Hörmətli cənab rektor, professorlar!

Xanımlar və cənablar!

Hörmətli tələbələr!

İqtisadi meyarların, əlbəttə ki, çox böyük əhəmiyyəti vardır. Bu, Baltik dənizi və Xəzər dənizi sahilində olan ölkələr arasında əlaqələrin inkişafına böyük xidmət göstərməkdir. Azərbaycanla ticarətin və iqtisadi əlaqələrin inkişafında Latviyanın çox böyük marağı var. Bundan əlavə, Latviyanın Hava Yolları Riqa ilə Bakı arasında birbaşa uçuşlar təşkil edir ki, bu da bizim ölkələr arasında əlaqələrin inkişafına kömək edəcəkdir. İqtisadi qərarlardan əlavə, eyni zamanda, bizim xalqlarımız arasında əsas fundamental əlaqələr, tellər vardır. Bu da müştərək dəyərlərdən ibarətdir. Əlbəttə, bu dəyərlər insanlığa Allah tərəfindən verilmiş bir dəyərdir. Yəni, bu, insan hüquqlarıdır.

Bunların qiymətləndirilməsi çox mühümdür və hər bir qitənin özünəməxsus cəhətlərinin qorunub saxlanması, eyni zamanda, onların bəşəri dəyərlərinin qorunub saxlanması çox böyük əhəmiyyətə malikdir.

Tədris ocağı kimi sizin və bizim universitetlərimizin çox böyük məsuliyyəti vardır. Bu da müsbət davranışların, müsbət münasibətlərin inkişaf etdirilməsində böyük əhəmiyyət kəsb edir, böyük rol oynayır. Buna görə də ekstremizmə, zorakılığa son qoyulmasında, digər təhlükələrin, bizim cəmiyyətlərimizin sabitliyi üçün təhlükə olan başqa problemlərin aradan qaldırılmasında, əlbəttə, bizim tədris ocaqlarımızın böyük əhəmiyyəti var. Tarix boyunca böyük bir problem, əlbəttə ki, dəyişməyərək qalmışdır. Yəni bir insan kimi biz nə edə bilərik? Həm fərdi səviyyədə, həm də kollektiv şəkildə nə edə bilərik ki, öz həyatımızı yaxşılaşdıraq? Yəni hamı bundan fayda görmüş olsun. Digər problemlər sırasında mən 3 əsas konsepsiyanı bildirmək istəyirəm. Bu daxiletmə, inkişaf və birgə əməkdaşlıqdır. Bunlar demokratiyanın bərqərar olması üçün çox böyük əhəmiyyətə malik olan məsələlərdir. Bu, biliyin artırılması və əqli dəyərin zənginliyə çevrilməsi üçün böyük əhəmiyyət kəsb edir. Burada olan bir sıra tələbələri mən görürəm ki, onlar bir gün rəhbər vəzifələr tuta biləcəklər, sizin ölkə qarşısında üzərlərinə məsuliyyət götürəcəklər. Sizin, bu ölkənin gələcək rəhbərlərinin, liderlərinin çox böyük məsuliyyəti vardır. Sizin boynunuza çox böyük məsuliyyət düşəcəkdir. Əlbəttə, sadəcə, sizin seçiminiz olacaqdır ki, bu ölkəni elə bir məqama çatdırasınız ki, siz və sizin yaşıdlarınız onunla fəxr edə bilsinlər. Mən inanıram ki, əlbəttə, siz müdrik yanaşma nəticəsində düzgün seçimlər edəcəksiniz.

Sizlərdən hər birinizə xoşbəxt, uğurlu həyat arzulamaq istəyirəm ki, bunun nəticəsində də bütün ölkə əhalisinin rifahı yüksəlmiş olacaqdır. Bütün professorlara, müəllim heyətinə müvəffəqiyyətlər, tədqiqat işlərində uğurlar arzulayıram və ümid edirəm ki, bütün dünyada biliyin inkişafına töhfələr verəcəklər. Azərbaycanın tərəqqisini arzu edirəm. Yəni bütün dünyada mövcud olan dövlətlər arasında Azərbaycanın inkişaf etməsini arzulayıram.

X X X

BDU-nun rektoru Abel Məhərrəmov gözəl nitqinə görə Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqaya universitetin professor-müəllim kollektivi və tələbələri adından təşəkkürünü bildirdi.

Sonra, Latviya Prezidenti Vayra Vike-Freyberqanın fotoşəkli BDU-nun fəxri doktorları lövhəsinə vuruldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb