LATVİYALI NAZİR AZƏRBAYCANLILARIN BİRLİYİNİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
Latviyanın Cəmiyyətin İnteqrasiyası məsələlərində xüsusi tapşırıqlar üzrə naziri Aynars Latkovskis AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, dünya azərbaycanlılarının II qurultayının çox yüksək səviyyədə təşkili, bu cür mütəşəkkillik digər millətlərə də nümunə olmalıdır. Bu gün Latviyada da xeyli azərbaycanlı yaşayır və onlar bizim cəmiyyətə çox yaxşı inteqrasiya olunmuşlar. Özlərinin birliklərini yaratmış, məktəblərini açmış, mədəniyyətlərini, adət-ənənələrini təbliğ edirlər. Bu, çox yaxşı və təqdirəlayiq işdir. Təəssüf hissi ilə deməliyəm ki, Latviyadan kənarda, eləcə də Azərbaycandakı latışlar yaşadıqları cəmiyyətə istənilən səviyyədə inteqrasiya edə bilmirlər. Mən qurultayda iştirak edərkən Azərbaycan dövlətinin millətin birliyi naminə atdığı addımları gördüm və milli birlik üçün görülmüş işləri çox yüksək qiymətləndirirəm. Biz də sentyabr ayında dünya latışlarının toplantısını keçirmək niyyətindəyik. Düşünürəm ki, sizdən çox şey öyrənməliyəm və Azərbaycanda gördüklərim karıma gələcəkdir. Latviya hökuməti də öz soydaşları üçün bu cür çalışmalı, onların birliyinə nail olmalıdır. Çalışmalıyıq ki, harada yaşamalarından asılı olmayaraq, bütün latışlar da öz dövlətlərinin mənafeyini qorusunlar, lobbi yaratsınlar.