LATVİYALI NAZİR AZƏRBAYCANLILARIN BİRLİYİNİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
Latviyanın cəmiyyətin inteqrasiyası məsələlərində xüsusi tapşırıqlar üzrə naziri Aynars Latkovskis AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, dünya azərbaycanlılarının II qurultayının çox yüksək səviyyədə təşkili, bu cür mütəşəkkillik digər millətlərə də nümunə olmalıdır. Bu gün Latviyada da xeyli azərbaycanlı yaşayır və onlar bizim cəmiyyətə çox yaxşı inteqrasiya olunmuşlar. Özlərinin birliklərini yaratmış, məktəblərini açmış, mədəniyyətlərini, adət-ənənələrini təbliğ edirlər. Bu, çox yaxşı və təqdirəlayiq işdir.
Təəssüf hissi ilə deməliyəm ki, Latviyadan kənarda, eləcə də Azərbaycandakı latışlar yaşadıqları cəmiyyətə istənilən səviyyədə inteqrasiya edə bilmirlər. Mən qurultayda iştirak edərkən Azərbaycan dövlətinin millətin birliyi naminə atdığı addımları gördüm və milli birlik üçün görülmüş işləri çox yüksək qiymətləndirirəm. Biz də sentyabr ayında dünya latışlarının toplantısını keçirmək niyyətindəyik. Düşünürəm ki, sizdən çox şey öyrənməliyik və Azərbaycanda gördüklərim karımıza gələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:45]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]