Laura Brunetti: Beynəlxalq Humanitar Forumunda aparılan müzakirələr müasir dünyada aktual olan mövzulardır
Bakı, 5 oktyabr (AZƏRTAC). Bakı Beynəlxalq Humanitar Forumunda aparılan müzakirələr müasir dünyada aktual olan mövzulardır. Xüsusilə müasir medianın problemləri, sosial media və digər məsələlərin müzakirəsi çox vacibdir.
Bu sözləri Humanitar Forumda iştirak edən “AGİ-Agenzia Giornalistica İTALİA” xəbər agentliyinin marketinq və əlaqələr şöbəsinin rəhbəri Laura Brunetti AZƏRTAC-a müsahibəsində demişdir.
Qonaq Forumun müxtəlif mədəniyyətləri təmsil edən xalqlar arasında dostluq əlaqələrinin qurulmasına şərait yaradığını vurğulayaraq demişdir: “Burada dünyanın ən nüfuzlu KİV-lərinin nümayəndələri iştirak edirlər. Aparılan müzakirələr, fikir mübadiləsi bu qurumların gələcəkdə birgə əməkdaşlıq etməsinə öz töhfəsini verəcəkdir”.
Bakının gözəlliyinin onu heyran etdiyini bildirən İ.Brunetti bildirmişdir: “Bakı çox gözəl şəhərdir. Burada çox müasir və qeyri-adi binalar tikilir. Hər dəfə bu şəhərə gələndə mütləq yeniliklərin, inkişafın şahidi oluram”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:45]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]