LƏNKƏRAN QADINLARININ ÜÇÜNCÜ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev İdarəçilik Universitetində rayon qadınlarının üçüncü konfransı keçirilmişdir.
İştirakçılar əvvələcə Heydər Əliyev parkına gələrək ümummilli liderimizin xatirəsini ehtiramla yad etmiş, abidəsinin önünə gül dəstələri düzmüşdür.
Konfransda dövlət qadın siyasətinin həyata keçirilməsi istiqamətində rayonda görülmüş işlər barədə hesabat məruzəsi dinlənilmişdir.
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər rayon qadınlarının ikinci konfransından ötən müddət ərzində görülmüş işlərdən danışmış, qadınların problemləri ilə bağlı təkliflərini bildirmişlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva çıxışında dövlət qadın siyasətinin həyata keçirilməsi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışmışdır.
Konfransda 10 nəfərdən ibarət Ağbirçəklər Şurasının tərkibi təsdiq edilmiş, Azərbaycan qadınlarının növbəti qurultayına nümayəndələr seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]