Lənkəranda 31 Mart soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunub
Lənkəran, 31 mart, Bağır Əliyev, AZƏRTAC
Lənkəranda 31 Mart soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 31-də səhər saatlarından başlayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri xüsusi karantin rejimi qaydalarına riayət etməklə azərbaycanlıların soyqırımı qurbanlarının şərəfinə şəhərin mərkəzində ucaldılmış abidə-kompleksindəki “Ana” heykəlinin önünə gül dəstələri düzərək, soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıblar.
Həmin gün rayonun ümumtəhsil məktəblərində ilk dərslər soyqırımı hadisələrinə həsr olunub. Rayonun ayrı-ayrı idarə və təşkilatlarında onlayn qaydada 31 Mart soyqırımı mövzusunda konfranslar keçirilib.