Levi Matusof: Əminəm ki, Azərbaycanın inkişafı bundan sonra da davamlı olacaqdır
Bakı, 31 oktyabr (AZƏRTAC). Mən cənab İlham Əliyevi yenidən Azərbaycanın Prezidenti seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ölkəniz sürətlə inkişaf edir. Əminəm ki, Azərbaycanın inkişafı bundan sonra da davamlı olacaqdır.
Bu sözləri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Avropa Yəhudilərinin İctimai Əlaqələr üzrə Cəmiyyətinin direktoru Levi Matusof AZƏRTAC-a müsahibəsində demişdir. Bildirmişdir ki, Avropa Yəhudiləri Komitəsi ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur.
Qeyd etmişdir ki, Bakıda keçirilən bu Forum böyük əhəmiyyət daşıyır. Çünki burada müxtəlif mədəniyyətlərə malik xalqlar bir araya gəlmişlər.
Artıq dördüncü dəfədir Azərbaycana gəldiyini deyən Levi Matusof Bakının gündən-günə inkişaf etdiyini və böyük dəyişikliklərin baş verdiyini xüsusilə vurğulamışdır.