LİTVA PREZİDENTİ VALDAS ADAMKUSUN BƏYANATI
-Cənab Prezident!
Çox qısaca onu demək istəyirəm ki, burada bizimlə görüşdüyünüzə görə Sizə olduqca minnətdarıq. Zənnimcə, biz nəinki bəzi beynəlxalq siyasi məsələləri, eləcə də, ən vacibi isə, iqtisadi münasibətləri şəxsən nəzərdən keçirmək imkanını əldə etdik. Ölkənizdə gözəl iqtisadi inkişaf gedir. Hesab edirəm ki, əldə etdiyiniz nailiyyətlər bu sahədə işlərin davam etdirilməsində bizim üçün nümunədir.
Mən eyni zamanda bildirmək istəyirəm ki, bizim klassik yazarımız, cəmiyyətinizin görkəmli üzvü olmuş Vintsas Kreve-Mitskyaviçyusun anadan olmasının 125-ci ildönümü münasibətilə Bakı şəhərində xatirə lövhəsinin açılmasına verdiyiniz razılığa görə Sizə olduqca minnətdaram. Bu, bizim nəinki siyasi və beynəlxalq sahələrdə əlaqələrimizi, həm də xalqlarımız arasında mədəni sahədə münasibətlərimizi möhkəmləndirəcəkdir.
Mən qısa, lakin gələcək əməkdaşlığımız üçün çox geniş perspektivlər açan səfərinizə görə Sizə bir daha öz təşəkkürümü bildirirəm.
Sağ olun.