Azərbaycan Dövlət İnformasiya Agentliyi

LİTVA PREZİDENTİ VALDAS ADAMKUSUN NİTQİ

LİTVA PREZİDENTİ VALDAS ADAMKUSUN NİTQİ

- Zati-aliləri Prezident İlham Əliyev!

Hörmətli xanım Mehriban Əliyeva!

Hörmətli nümayəndə heyəti üzvləri!

Mən xanımım Alma ilə birlikdə Sizi ölkəmizdə qəbul edib, xalqlarımızın dostluğu naminə qapını üzünüzə daha geniş aça bildiyimiz üçün çox məmnunuq. Yüz ildən artıq tarixi kökləri olan və bu gün yeni əlaqə formaları, yeni təşəbbüslər sayəsində daha da möhkəmlənən bu dostluğu mən olduqca yüksək qiymətləndirirəm.

Hörmətli cənab Prezident,

Sizin bu səfəriniz tarixi səfərdir. Azərbaycanın dövlət başçısının Litvaya bu ilk rəsmi səfəri dinamik surətdə inkişaf edən yaxın tərəfdaşlıq əlaqələrimizin genişlənməsinə, şübhəsiz ki, yeni təkan verəcəkdir.

Keçən il Azərbaycana rəsmi səfərimi və bu ilin iyun ayında GUAM ölkələrinin Bakıda keçirilmiş zirvə görüşündə iştirakımı böyük məmnuniyyətlə xatırlayıram. Əldə etdiyiniz iqtisadi uğurlar, xalqınızın zəhmətkeşliyi, ölkənizin mədəniyyəti və təbiətinin gözəlliyi məni məftun etdi.

Mən füsunkar ölkənizə valeh olmuş ilk litvalı deyiləm. Litva ədəbiyyatının klassiki və Bakı Universitetinin müəllimi Vintsas Kreve-Mitskyaviçyus təxminən 100 il bundan əvvəl yazdığı “Azəristan ölkəsi” adlı əsərində ölkənizin gözəlliyini tərənnüm etmiş, litvalıları xalqınızın mədəniyyəti, mifologiyası və əfsanələri ilə tanış etmişdir. Vintsas Kreve-Mitskyaviçyus bu gözəl əsəri yazan dövrdə bir çox litvalılar müstəqil Azərbaycan Cümhuriyyətinin quruculuq işlərində və ölkənizin ictimai-siyasi həyatında yaxından iştirak edirdilər. XX əsrdə baş verən tarixi itkilərin Litva və Azərbaycanda da ötüb keçməsinə baxmayaraq, bu çətinliklər bizim azadlıq eşqimizi söndürə bilmədi. İstiqlal eşqi həmin kəşməkəşli əsrin sonunda xalqlarımızı dirçəlişə gətirib çatdırdı və müstəqillik uğrunda mübarizə şəklində üzə çıxdı. Bu mübarizədə Azərbaycan xalqının və Litva Azərbaycanlıları Cəmiyyətinin bizə verdiyi dəstəyi heç vaxt unutmarıq.

Ölkələrimiz arasındakı münasibətlərin son illərdə intibah dövrünü yaşadığını və xalqlarımız arasında getdikcə daha yaxın əlaqələrin yaranmasını görəndə, bir-birimizi daha yaxşı tanıyıb, daha da yaxın olmaq səylərimizi müşahidə etdikdə ürəkdən sevinirəm. Sevindirici haldır ki, son bir il ərzində dörd mədəniyyət layihəsini həyata keçirməyə nail olmuşuq. Keçən ilin payızında Azərbaycanda Litva rəssamlarının sərgisi təşkil edilmişdi. Bu ilin baharında isə Litva tamaşaçıları Azərbaycan kino ustalarının yaradıcılığı ilə tanış olmaq imkanı əldə edə biliblər. Litva şifahi xalq ədəbiyyatının ən qədim və ən gözəl nümunələrindən biri olan “Su ilanları kraliçası Eqle” nağılı və yazıçı Vintsas Kreve-Mitskyaviçyusun Şərq mövzusunda yaratdığı gözəl əsərlərin bir qismi ən yaxın vaxtda Azərbaycan dilində çap ediləcəkdir. Xalqlarımız arasındakı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün Litvadakı Azərbaycan diasporu çox səylər göstərir, fəal mədəni və akademik fəaliyyəti bu işi daha da şövqləndirir. Sizin ölkənizin qədim tarixi və milli-mənəvi sərvətləri ilə litvalıları bu cür tanış etmək cəhdləri, eyni zamanda, bizim ölkəmizin də mədəniyyətini mənəvi cəhətdən zənginləşdirir.

Hörmətli cənab Prezident!

2007-ci il əlaqələrimizin intensivliyi və yeni imkanların yaradılması baxımından xalqlarımızın əməkdaşlığı tarixində müstəsna yer tutur. Belə ki, biz Bakıda səfirliyimizi açdıq. Bir həftə bundan əvvəl isə mən Sizin səfirinizin etimadnaməsini qəbul etdim. Yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlərimiz oldu. Odur ki, bu il əlaqələrimizdə sürətli irəliləyiş ilidir. Bizim vəzifəmiz isə, bu sürəti qoruyub saxlamaqdır. Çalışmalıyıq ki, bu cür fəal siyasi əlaqələr nəticəsində yaranmış imkanlar genişlənsin, ölkələrimiz və xalqlarımız arasında konkret iqtisadi və mədəni əməkdaşlıq layihələri ilə zənginləşsin.

Baltik və Qafqaz regionlarını, ölkələrimizin əhalisini bir-biri ilə yalnız sıx nəqliyyat və energetika şəbəkələri ilə birləşdirdikdən sonra biz tarixin müəyyən etdiyi vəzifəni yerinə yetirmiş olarıq. Krakovda başladığımız və gələn ay Vilnüsdə davam etdirəcəyimiz regional energetika dialoqu ölkələrimizin təhlükəsizliyini möhkəmləndirir və ticarət əlaqələrimizi inamla aparmaq üçün əlverişli şərait yaradır. Litva ilə Azərbaycan arasındakı yaxın tərəfdaşlıq münasibətləri Avropanı Asiya ilə birləşdirən yolları bərpa etmək üçün nadir bir imkan açır. Mən bunu deyəndə, ilk növbədə, İpək yolunun bərpasını və onun Litvadan keçib Baltik dənizinə çıxan hissəsini nəzərdə tuturam. “Kəhrəba qolu” adlanan bu qol, Klaypeda limanını Qara dəniz ilə birləşdirən “Vikinq” dəmir yolunun timsalında artıq fəaliyyət göstərir.

Sizin nümayəndə heyətinizin tərkibində iş adamlarından ibarət böyük bir dəstəni görmək mənim üçün xoşdur. İnanıram ki, bu səfəriniz ticarət əlaqələrimizə və qarşılıqlı investiya qoymaq işinə təkan verəcəkdir. Eləcə də, inanıram ki, bizim əlaqələrin gələcəyi ticarət sahəsində istifadə edilməmiş imkanlarımızda əks olunubdur. Litva özünün tarixi əlaqələri və gözəl siyasi münasibətləri sayəsində ölkənizin iş adamları üçün yarım milyard istehlakçısı olan Avropa İttifaqı bazarına çıxışı təmin edə bilər.

Hörmətli cənab Prezident!

Ölkələrimizin tərəfdaşlıq əlaqələri təkcə bir-birinə uyğun gələn maraqlara yox, həm də gələcəyimizin oxşarlığına əsaslanır. Azərbaycanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmaq istədiyi bir dövrdə Litva Azərbaycanın Brüsseldə sadiq dostu olaraq qalır. Biz gələcəkdə də Avropadakı tərəfdaşlarımızı Azərbaycan ilə ən yaxın əlaqələr saxlamaq üçün həvəsləndirəcəyik. Axı, Avropa Azərbaycana nə qədər yaxın olarsa, qapısını bir o qədər Sizin ölkənizin üzünə açar və bunun sayəsində hamımız daha təhlükəsiz və daha firavan olarıq.

Sizin bu səfəriniz zamanı Litva və Azərbaycan arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq barədə imzalanmış sazişlər, şübhə etmirəm ki, xalqlarımızın daha da yaxınlaşmasına və daha dərin qarşılıqlı anlaşmaya xidmət edəcəkdir.

Hörmətli cənab Prezident!

Sizin bu səfəriniz xalqlarımızı əməkdaşlığın daha yeni formalarını axtarmağa sövq edir. Ümidvaram ki, bu səfəriniz əsnasında tələbə və gənclərin qarşılıqlı mübadiləsi barədə irəli sürülmüş ideya ən yaxın vaxtda öz həllini tapacaqdır.

Xanımlar və cənablar!

Badələrinizi Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın sağlığına, Azərbaycan xalqının firavanlığı naminə, xalqlarımızın azadlığı, dostluğu və tərəqqisi şərəfinə qaldırmağa dəvət edirəm!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

Neft bahalaşır VİDEO

Neft bahalaşır VİDEO

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

III Milli Rəqabət Forumu işə başlayıb

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub