Litvada dərs ilinin müddətinin azaldılması təklif olunub
Vilnüs, 29 iyul, AZƏRTAC
Litva şəhər və rayon bələdiyyələrinin əksəriyyəti hökumətə dərs ilinin müddətini azaltmağı təklif ediblər.
AZƏRTAC xəbər verir ki, əhali arasında keçirilmiş sorğuya əsaslanan Litva bələdiyyələrinin üçdə ikisi artıq daha qısa dərs ili istədiklərini bəyan edib. Buna səbəb may ayından sonra başlanan anomal istilər olub. Ölkə rəhbərliyi etiraf edib ki, ölkədəki məktəblər isti hava şəraitinə uyğunlaşdırılmayıb.
Bir neçə il əvvələdək Litvada dərslər may ayında başa çatırdı. Lakin sonralar Avropa standartlarına uyğun olaraq dərs ili iyunun sonunadək uzadılmışdı. Şəhər şuralarının rəhbərləri qeyd ediblər ki, son illərin nəticələri belə addımın gərəksiz olduğunu sübuta yetirib.
Həmçinin valideynlər şagirdlərin yay tətilinin daha səmərəli keçirilməsi istiqamətində təkliflər irəli sürüblər. Onlar muzey və digər tarixi abidələrə girişin baha olduğunu qeyd ediblər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]