ELM VƏ TƏHSİL
Litvada yaşayan türk xalqlarının milli dəyərlərinin qorunması istiqamətində birgə tədbirlər təşkil ediləcək
![](/files/galleryphoto/2024/1/1200x630/17066916781534435823_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17066916781222148735_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17066916781335414619_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706691679441729835_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17066916792667343536_1200x630.jpg)
Bakı, 31 yanvar, AZƏRTAC
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Litvanın Astanadakı səfiri (Qırğızıstan, Özbəkistan və Tacikistanda akkreditə olunmuş) Egidiyus Navikas ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Akademiyasından məlumat verilib. Bildirilib ki, Şahin Mustafayev səfirə Beynəlxalq Türk Akademiyasının muzeyi və nəşr olunmuş elmi araşdırmalarından, həyata keçirdiyi layihələrdən danışıb.
Akademiyanın elmi layihələrinə böyük maraq göstərən səfir Egidijus Navikas Litvada yaşayan türk xalqlarının milli dəyərlərinin qorunması istiqamətində birgə tədbirlər təşkil etməyə hazır olduğunu bildirib.
Görüşdə Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Aşat Kesikbayev və eksperti Aynur Mayemerova, Litvanın Astana səfirliyinin birinci katibi Maksim Davidiuk da iştirak ediblər. Görüşün sonunda tərəflər gələcəkdə müştərək tədbirlərin təşkili imkanlarını qiymətləndirmək barədə razılığa gəliblər.