İDMAN
Londonda birinci Avropa Oyunlarına qarşı aksiya keçirilməsinə imkan verilməyib
London, 12 iyun, AZƏRTAC
İyunun 12-də bir qrup beynəlxalq hüquq müdafiəçisi Azərbaycanın Londondakı səfirliyinin qarşısında birinci Avropa Oyunlarına qarşı aksiya keçirməyə cəhd göstərib.
Britaniyada təhsil alan azərbaycanlı tələbələr və bu ölkədə yaşayan həmvətənlərimiz aksiyanın qarşısını alıblar.
Əllərində “Avropa Oyunlarını siyasiləşdirməyin!”, “İdman siyasət deyil” yazıları əks olunan plakatlar tutan aksiya iştirakçıları müxtəlif şüarlar səsləndirərək təxribatçılara öz məkrli niyyətlərini həyata keçirməyə imkan verməyiblər.
Aksiyanın sonunda həmvətənlərimiz tərəfindən Azərbaycanın dövlət himni səsləndirilib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.02.2016 [16:52]
“İnter” klubu UEFA-nın cəriməsini ödəyib
- 05.01.2016 [12:35]