Luiziana ştatında daşqınlar səbəbindən minlərlə adam evakuasiya olunmuşdur
Bakı, 17 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, ABŞ-ın Luiziana ştatında daşqınlar səbəbindən əhali kütləvi surətdə köçürülmüşdür. İki mindən çox sakin evini tərk etmişdir.
Missisipi çayında suyun səviyyəsi günbəgün artır. Ekspertlər son 85 ildə təkcə Luizianada deyil, digər ştatlarda da güclü daşqınların baş verəcəyini proqnozlaşdırılar.
Missisipi, Missuri, Arkanzas və Tennessi ştatlarında da suyun səviyyəsi yüksəlmişdir. İri şəhərlərin ziyan çəkməməsi məqsədi ilə ötən istirahət günləri şlüzlər açılmışdır. Su minlərlə fermanı basmışdır.
ABŞ-ın səkkiz ştatının ərazisini əhatə edən Missisipi çayı hövzəsində daşqınlar uzun sürən yağışlar və qar kütlələrinin əriməsi nəticəsində yaranmış güclü su axınları səbəbindən baş vermişdir.
Çayın sahilində yaşayan minlərlə adam artıq təhlükəsiz ərazilərə köçürülmüşdür. Missisipi, Tennessi və Arkanzas ştatlarında onlarca kiçik şəhəri, habelə on iki min kvadratkilometrdən çox əkin sahələrini su basmışdır.
Mütəxəssislərin proqnozlarına görə, daşqınlar Luiziana ştatında daha on iki min kvadratkilometr fermer torpaqlarını basa bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:07]
ABŞ-İran hərbi toqquşmaları, iqtisadi nəticələr – Analitik icmal
- 09.09.2026 [16:24]
İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir
- 09.09.2026 [16:24]
Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb
- 09.09.2026 [15:41]
Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir
- 09.09.2026 [15:35]
Britaniyada yüzlərlə aviareys ləğv edilib
- 09.09.2026 [14:08]