İDMAN
Lüksemburqlu idmançı: Birinci Avropa Oyunlarında iştirak etmək karyeramda ən böyük uğurdur
![Lüksemburqlu idmançı: Birinci Avropa Oyunlarında iştirak etmək karyeramda ən böyük uğurdur](/files/2015/2/1200x630/14341158281694626284_1200x630.jpg)
Bakı, 12 iyun, AZƏRTAC
Birinci Avropa Oyunlarında iştirak etmək karyeramda ən böyük uğurdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı-2015” birinci Avropa Oyunlarının iştirakçısı, lüksemburqlu karateçi Cenni Vorlinq deyib.
C.Vorlinq karatenin birinci Avropa Oyunlarının proqramına daxil edilməsinin böyük hadisə olduğunu bildirərək deyib: “İndiyədək dünya və Avropa çempionatlarında iştirak edə bilirdik. Lakin Olimpiya Oyunlarında mübarizə apara bilmirik. Olimpiadaya ilə eyni səviyyədə olan Avropa Oyunlarının keçirilməsi və karatenin bu yarışın proqramına salınması çox mühüm addımdır. Bu, bizim ümidlərimizi artırır. Ümumiyyətlə, karatenin Olimpiada səviyyəsində mühüm yarışın proqramına salınması ilk hadisədir. Düşünürəm ki, birinci Avropa Oyunlarında iştirakım mənə uğur gətirəcək”.