Macarıstan ölkədə koronavirusun yayılmasının qarşısını uğurla alır
Budapeşt, 15 may, AZƏRTAC
Macarıstan ölkədə koronavirusun yayılmasının qarşısını almaq sahəsində böyük nailiyyətlər əldə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə hökumətin kommunikasiya mərkəzinin mətbuat katibi Orş Farkaş bəyan edib. Onun sözlərinə görə, COVID-19 infeksiyasının yayılma göstəricisinin aşağı düşməsi hökumətin fəaliyyəti və vətəndaşların intizamlılığı sayəsində mümkün olub.
Hökumətdə bildirilir ki, həyata keçirilən tədbirlərin nəticəsi skeptiklərin proqnozlaşdırdıqlarından daha yaxşı oldu. Əhalinin hər milyon nəfərinə düşən yoluxananların və ölənlərin sayı Avropa İttifaqına üzv digər ölkələrə nisbətən xeyli aşağıdır. Bununla belə, pandemiyanın iqtisadiyyata vurduğu zərbə çox güclü olub və hökumət itkinin azaldılması üçün əlindən gələni edir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]