Azərbaycan Dövlət İnformasiya Agentliyi

Macarıstanın ilk kosmonavtı Bertalan Farkaş Bakı Humanitar Forumunun əhəmiyyətini yüksək qiymətləndirmişdir

Budapeşt, 4 fevral (AZƏRTAC). Keçən il oktyabrın 31-də və noyabrın 1-də Azərbaycan paytaxtı planetimizin müxtəlif guşələrindən gəlmiş möhtərəm qonaqları - üçüncü Bakı Humanitar Forumunun iştirakçılarını dəfə qəbul etdi. Dünya səviyyəli bir sıra məşhurlar - görkəmli alimlər, siyasətçilər, tanınmış mədəniyyət xadimləri bu nüfuzlu tədbirdə iştirak etmək üçün qədim “küləklər şəhərinə” toplaşmışdı.

Onların arasında bir nəfəri Macarıstanda yaşından, peşəsindən və sosial mövqeyindən asılı olmayaraq böyüklü-kiçikli hamı tanıyır. Məsələn, SSRİ-də Yuri Qaqarinin adı kimə məlum deyil?! Düzdür, Yuri Qaqarin kosmosa uçmuş ilk insan olmuşdur. Lakin Bertlan Farkaş da bir növ “Macarıstanın Qaqarini” hesab edilə bilər. Bu insan tarixdə ilk dəfə olaraq Macarıstanın üçrəngli bayrağını açıq kosmosda qaldırmışdır.

B.Farkaş son dərəcə cazibəli insandır. Hətta tanış olmadığı müsahibini də ilk dəqiqədən özünə cəlb edir. Bəlkə də buna görədir ki, o, lütfkarlıq göstərərək, AZƏRTAC-ın müxbiri ilə görüşməyə dərhal razılıq verdi.

B.Farkaşla onun rahat, səliqəli iş kabinetində görüşdük. Kabinetin divarlarında skafandr geyinmiş gənc kosmonavtın, Macarıstanın və xarici ölkələrin digər məşhur simalarının portretləri asılmışdır. Onların arasında Farkaşın həmkarlarının fotoşəkilləri də var. Divarda propeller şəkli də, səmaya uçmağa hazır vəziyyətdə olan kosmik gəminin ağ-qara fotoşəklini də görmək olar.

Müsahibim fotoşəkillərə çox diqqətlə baxdığımı görcək təmiz rus dilində izahat verdi: “Mən kosmik səyahətə həmin bu laynerdə çıxmışam”. Bir qədər irəli gedərək bildirim ki, biz xatirə fotoşəklini məhz həmin kosmik gəminin tarixi fotoşəkli fonunda çəkdirdik.

Bertlan Farkaş keçən il Bakıya səfəri barədə təəssüratlarını həvəslə bölüşür. “Mən Azərbaycan haqqında, sizin xalqınız haqqında çox eşitmişdim, amma əvvəllər heç vaxt sizin ölkədə olmamışdım. Bu ölkə barədə ilk təəssüratlarım uzun müddət xatirimdə qalacaqdır”, - deyə söhbətə başlayan Farkaş dərhal əlavə edir ki, Bakıda qonaqları qarşılayan, sonra isə Azərbaycanda olduqları bütün müddətdə hər işdə onlara kömək edən savadlı gənc oğlan və qızların çox olması onu sözün yaxşı mənasında heyrətləndirən birinci fakt idi.

Müsahibim deyir: “Çox yaxşı haldır ki, sizin gənclər biliklərə yiyələnməyə can atır, bir neçə dildə danışır və eyni zamanda xalqınıza xas olan qonaqpərvərlik ənənələrini qoruyub saxlayır və onlara riayət edir. Çox yaxşı haldır ki, gəncləri humanitar forum kimi iri beynəlxalq tədbirlərdə işləməyə cəlb edirlər”.

B.Farkaş forumun plenar iclası, Azərbaycan Prezidentinin çıxışının ona çox güclü təsir bağışlaması barədə danışır: “Bu, həqiqətən çox ciddi çıxış idi. Sizin dövlətinizin başçısı bu gün bəşəriyyətin üzləşdiyi ümdə məsələlərin demək olar ki, hamısına toxundu. Onu dinləməyə dəyərdi!”.

Daha sonra əlavə etdi ki, o özü də daxil olmaqla forumun bütün iştirakçıları Azərbaycan dövlətinin başçısını çox səmimi qarşılamış və onun nitqini diqqətlə dinləmişlər.

Macarıstanlı kosmonavt xatırlayır: “Prezident Əliyevin çıxışında bir məqam mənə xüsusilə xoş gəldi ki, o, gələcək nəsillərə - o gənclərin hansı keyfiyyətlərə malik olması, bizim onlarda hansı hissləri tərbiyə etməli olmağımız məsələlərinə diqqəti cəlb etdi. Bu da vacibdir, çünki biz bu gün malik olduğumuz ümumi planetimizi onlara təhvil verəcəyik. Buna görə də gələcək nəsillərin - bugünkü gənclərin sabah onlara təhvil verəcəyimiz dəyərlər barəsində necə sərəncam vermələri bizim üçün fərqsiz deyil. Yəqin bu səbəbdən təsadüfi deyil ki, sizin ölkənizdə gənclərə bu qədər diqqət yetirilir və sizin Prezident öz çıxışında bu barədə danışdı”.

Bu yerdə Prezident Əliyevin “Qara qızılı insan qızılına çevirək!” şüarını müsahibimə xatırlatmaqdan özümü saxlaya bilmədim. B.Farkaş dərhal öz münasibətini bildirdi: “Bu, çox gözəl və çox düzgündür! Gənclər bizim gələcəyimizdir. Mən də gənclərlə görüşməyi, onlarla söhbət etməyi, onlara məsləhət verməyi çox xoşlayıram. Mənə xoş gələn budur ki, Azərbaycanda məhz gələcəyə istiqamətlənmişlər”.

Bertalan Farkaş forum iştirakçılarının nüfuzlu tərkibi məsələsini xüsusi vurğulayır: “Onların arasında ən müxtəlif sahələrin nümayəndələri - hüquqşünaslar, iqtisadçılar, siyasətçilər, elm korifeyləri, incəsənət xadimləri vardı. Hələ neçə-neçə Nobel mükafatı laureatları, sabiq prezidentlər, keçmiş hökumət başçıları! Onların hamısını dinləmək çox maraqlı idi!”

Dəyirmi masalardan söhbət düşəndə müsahibim güldü: “Dəyirmi masaların proqramını üç dildə alıb gözdən keçirdim... Aman Allah! Necə maraqlı mövzulardır! Adam istəyir bu dəyirmi masaya da getsin, ikincisinə də, üçüncüsünə də, dördüncüsünə də! Mövzular o qədər maraqlıdır ki, hamısını dinləmək istəyirsən!

B.Farkaş müxtəlif panellərə qoşulmaqda təşkilatçıların ona necə kömək etdiklərini minnətdarlıqla xatırlayır. O etiraf edir: “Forum iştirakçılarının qəbul etdiyi yekun bəyannamədə biz forumda müzakirə etdiyimiz ümdə məsələləri həm Azərbaycan Prezidentinin, həm də digər dövlətlərin liderlərinin diqqətinə çatdırmağa çalışdıq. Bu, həqiqətən tarixi sənəd idi. Hesab edirəm ki, dayanmaq olmaz, forumu davam etdirmək lazımdır. Bu cür tədbirlər zəruridir. Bu il də forum keçirmək lazımdır. Həmin forumda iştirak etmək xoşbəxtliyi nəsib olmuş adamlar indi həlli tələb edilən problemlərin bütün kompleksini aydın təsəvvür edirlər. Onlar evlərinə qayıdandan sonra Bakıda, forumun işi müddətində gördükləri və eşitdikləri nə varsa hamısı barədə öz həmvətənlərinə söyləyəcəklər”.

Kosmonavtika barədə danışırıq. B.Farkaş həvəslə söyləyir ki, kosmonavtika bir sıra elmlərin qovuşduğu bir sahədir. O, inamla deyir: “Mən şübhə etmirəm, bir gün gələcək, Azərbaycan da öz astronavtını açıq kosmosa göndərəcək. Niyə də yox?! Bunun üçün sizin ölkənizdə hər cür şərait var - maliyyə imkanları da, elmi baza da, əlaqələr də. Axı, kosmos hamı üçündür. O, bütün ölkələri birləşdirə bilər. Burada Macarıstanın və Azərbaycanın müzakirə edə biləcəyi məsələlər var”.

Kosmonavt ətraf mühitin qorunması, alternativ enerji mənbələrinin axtarışı və işlənməsi məsələlərinə xüsusi diqqət yetirir. Müsahibim xatırlayır ki, forum iştirakçılarının bir sıra məruzələri bu mövzulara həsr edilmişdi. O deyir: “Ekologiya və alternativ enerji mənbələri məsələlərinə bundan sonra da diqqət yetirmək lazımdır. Axı, bizim bir ümumi planetimiz var, biz hamımız birlikdə onu qorumalıyıq”.

B.Farkaş forumdan sonra Qəbələyə səfərini xatırlayaraq orada yerli muzeyə getməsi barədə söhbət açır: “Muzeyin divarında gördüyüm bir fotoşəkil Macarıstana xas olan rəngləri və boyaları mənə çox xatırlatdı! Bəlkə də bizim əcdadlarımız vaxtilə sizin əcdadlarınızla sıx əlaqə saxlayıblar, ola bilsin, bizim əcdadlarımız bugünkü Macarıstana gələndən əvvəl bizim mədəniyyətlər arasında qarşılıqlı təsir baş vermişdir.

Bizdə Mezyököveşd adlı bir şəhər var. Qəbələ muzeyindəki şəkildə gördüyüm rəsmlər, peyzajlar, təbiət mənzərəsi eynilə bu şəhərdəki kimidir. Mən özümü evimizdə olduğu kimi hiss edirdim. Muzeyin direktoruna yaxınlaşıb dedim ki, mən Macarıstandan gəlmişəm. Direktor dərhal məhz həmin şəkli mənə göstərdi. Hər ikimiz gülümsədik. Elə bil o, mənim fikirlərimi oxumuşdu. Ola bilsin ki, məndən əvvəl də burada macarlar olmuş, onlar da eyni hissləri keçirmiş və düşündüklərini muzeyin direktoru ilə bölüşmüşdü”.

Söhbətimizin sonunda Bertalan Farkaş Azərbaycan xalqına ən xoş arzularını bildirdi. “Etiraf etməliyəm ki, bir dəfə Bakıya gedən adam ora bir də qayıtmaq istəyir”, - deyən müsahibim ümidvar olduğunu bildirdi ki, bu ilin payızında nəzərdə tutulan növbəti forumda da iştirak edəcəkdir.

O, iki dövlət və qardaş xalqlar arasında münasibətlərin möhkəmlənməsində Azərbaycanın Macarıstandakı səfirliyinin rolunu xüsusi qeyd etmiş və AZƏRTAC vasitəsilə şəxsən səfir Vilayət Quliyevə onun Bakı Humanitar Forumunun işində iştirakına göstərdiyi köməyə görə, xüsusi minnətdarlığını bildirmişdir.

Vidalaşarkən Bertalan Farkaş dedi: “Bizim xalqlarımız, xüsusən gənclərimiz daha sıx əməkdaşlıq etməli, yaxınlaşmalıdırlar. AZƏRTAC vasitəsilə Azərbaycan xalqına kosmik uğurlar diləmək istəyirəm, arzum budur ki, kosmik yüksəkliklərə çatasınız!”

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb